A

zərbaycanda kapitallaşması 10 milyon ABŞ dolları həcmində olan yeni vençur fondu yaradılacaq.

How to raise venture capital for your startup regardless of market  conditions | Fortune

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İnnovasiya ekosistemi departamentinin müdiri Yevgeniya Bikmurzina İRİA-nın 2023-cü ilin yekunları və 2024-cü ilin hədəflərinə dair mətbuat konfransında deyib.

O qeyd ki, startapların maliyyələşdirilməsi üçün İRİA fərqli üsul və yollar nəzərdən keçirir. Bu üsullardan biri mələk investorların daha aktiv və daha fəal rolunu ekosisteminin inkişafında dəstəkləməkdir.

"O, sabit vençur fondu yox bir neçə xarici və yaxud qlobal vençur fondunun Azərbaycana gəlməsi şəklində yaradıla bilər. Burada əsas məsələ ondan ibarətdir ki, ilk vençur fondu yaradılandan sonra biz gördük ki, bu, xarici startapların Azərbaycana gəlmək və burada investisiya cəlbetmə marağını artırır. Bu cür fondlar fərqli mərhələdə startaplara fokuslanır. Hazırda daha çox təzə-təzə satışlara başlayan startaplara daha kiçik məbləğlərlə yatırım olunur", - deyə o qeyd edib.

Bikmurzina bildirib ki, yeni vençur fondu daha böyük yatırımlar etməyə fokuslanacaq: "Artıq həm korporativ tərəfdaşlarla, həm də ekosistem oyunçuları ilə təmaslara başlanılıb. Qlobal oyunçulardan “Startup Wise Guys”, “White Hill Capital”, “Startapbootcamp” kimi vençur fondları ilə bu istiqamətdə danışıqlar gedir. Yeni fond nəticə etibarı ilə Azərbaycanda startaplara və ya xaricdə yaşayan azərbaycanlılar tərəfindən təsis edilən startaplara əlavə yatırımlar edilməsi üçün imkan yaradacaq".

Xatırladaq ki, ilk “Caucasus Ventures” adlanan vençur fondu 2022-ci ildə yaradılıb. Fondun nizamnamə kapitalı 11,3 milyon manat təşkil edir. “Paşa Holdinq” Şirkətlər Qrupu fonda 5 milyon manat və fərdi sahibkarlar 1,3 milyon manat vəsait ayırmaq haqqında razılığa gəliblər. Eyni zamanda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi özəl tərəfdaşların təşəbbüsünə dəstək göstərərək “Caucasus Ventures”ə əlavə 5 milyon manat vəsait ayırıb.

Posted 
Mar 11, 2024
 in 
Startap
 category

Daha çox

Startap

 kateqoriyasından

View All