Yaxınlaşın, bu proqramda startap sürəti var!

SABAH.lab Akselerasiya proqramının 6-cı Kohortuna müraciətə start verilib! Bu dəfə 3 ay davam edəcək proqram müddətində sizi nələr gözləyir? Gəlin yenilənmiş proqram üstünlükləri ilə tanış olaq.

Startap tədris proqramı və komanda tərəfindən daimi kouçinq;

IE Biznes Məktəbinin ekspertləri tərəfindən mentorluq;

Yerli ekspertlər tərəfindən mentorluq;

Daxili dəstək; (ödənişsiz IT, hüquq, marketinq və UI/UX konsultasiyası)

Xarici və yerli partnyor şəbəkəmizə, həmçinin dövlət təşkilatlarına çıxış;

Ən yaxşı nəticə göstərən rezident startaplar proqramın sonunda SABAH.HUB tərəfindən 100.000 dollar dəyərində investisiya alacaqlar;

SABAH.HUB tərəfindən digər resurs və üstünlüklər.

Hansı startaplar müraciət edə bilərlər:

- Rəqabətqabiliyyətli "MVP" səviyyəsində məhsulu olan;

- "C-level" pozisiyaları tamamlanmış komandası olan; (komandanın CEO və bir neçə üzvünün ingiliscə özünü rahat ifadə etmə bacarığı mütləqdir)

Müraciət üçün tələb olunur:

- Layihə təqdimatı; (“Pitch Deck”)

- Maliyyə proqnozu; (“Financial projection”)

- Startapı ətraflı izah edən video-çıxış. (maksimum 3 dəq)

Qeyd 1: İdeya mərhələsində olan, həmçinin komandasız müraciətlər nəzərə alınmayacaq.

Qeyd 2: Müraciət formunun cavabları yalnız ingilis dilində qəbul olunur.

Proqramda iştirak üçün yerlərin sayı məhdudur, odur ki, startapınıza dəyər qatacaq bu fürsəti qaçırmayın.

Müraciət üçün: https://rebrand.ly/acceleration-6th-cohort

Son müraciət tarixi: 10 mart 23:59

Hər kəsə uğurlar!

Posted 
Feb 20, 2024
 in 
Startap
 category

Daha çox

Startap

 kateqoriyasından

View All