Sürətli çatdırılma şirkəti olan “Getir” yenidən 555 milyon dollar investisiya alaraq 7.56 milyard dollar dəyərinə çatdı və bu ilki böyümə planına ABŞ bazarına girməyi də daxil etdi.
Misir Cəfərov və Nicat Manafov tərəfindən qurulan sürətli çatdırılma tətbiqi olan Fonibo, Səudiyyə Ərəbistanında yerləşən DAAL Venture Capital-dan investisiya aldı.
Apelyasiya məhkəməsi çıxardığı qərarla birinci instansiya məhkəməsinin “Uber”in Türkiyəyə girişi ilə bağlı qadağanın yanlış olduğunu təsdiqləyib. Apelyasiya məhkəməsinin qərara xitam verməsi ilə Uber yenidən Türkiyədə fəaliyyət göstərməyə davam edə biləcək.