"Waymo" və "Toyota" gələcəyin avtonom nəqliyyat texnologiyalarını inkişaf etdirmək üçün strateji əməkdaşlıq elan edib.

Bu tərəfdaşlıq çərçivəsində, hər iki şirkət sürücü yardım sistemləri və tam avtonom idarəetmə texnologiyalarını birgə inkişaf etdirəcək. Waymo CEO-su Tekedra Mawakana bildirib ki, bu əməkdaşlıq sayəsində "Toyota"nın bəzi modelləri gələcəkdə "Waymo"nun robotaksi parkına daxil ola bilər. "Alphabet"in CEO-su Sundar Pichai isə "Waymo"nun artıq yalnız robotaksilərə yox, fərdi avtomobil sahiblərinə yönəlik həllər üzərində də çalışdığını qeyd edib.
Daha çox
Daily
kateqoriyasından
View All