“MilliÖn”də 500 AZN-dən yuxarı əməliyyatlar üçün şəxsiyyət təsdiqi tələb olunacaq

“MilliÖn” ödəniş terminallarında 500 AZN-dən artıq məbləğdə ödəniş və pul köçürməsi etmək istəyən şəxslərdən şəxsiyyətlərini rəqəmsal qaydada təsdiqləmək tələb olunur. Yeni qayda ödənişlərin təhlükəsizliyinin artırılması və əməliyyat aparan şəxsin müəyyənləşdirilməsi məqsədi daşıyır.

İstifadəçilər şəxsiyyətlərini Bir ID, SİMA və ya mygov platformaları vasitəsilə təsdiqləyə bilərlər. Bir ID ilə təsdiqləmə “Birbank” tətbiqi üzərindən də mümkündür. Bunun üçün terminalda müvafiq xidməti seçib məbləği daxil etmək lazımdır. Məbləğ 500 AZN-i keçdikdə ekranda təsdiqləmə üsulları göstərilir və seçimin ardınca QR-kod yaradılır. İstifadəçi həmin kodu telefonundakı müvafiq tətbiqlə skan edərək şəxsiyyətini təsdiqləyir. Proses tamamlandıqdan sonra ödənişi həyata keçirmək mümkündür.

500 AZN-dək olan əməliyyatlarda isə şəxsiyyətin rəqəmsal təsdiqi tələb olunmur. “MilliÖn”dən verilən məlumata görə, smartfonu olmayan şəxslər üçün hazırda alternativ identifikasiya üsulu, o cümlədən məlumatları əl ilə daxil etmək imkanı nəzərdə tutulmayıb. Buna görə də 500 AZN-dən artıq əməliyyat aparmaq istəyən istifadəçilərin qeyd olunan tətbiqlərdən ən azı birinə çıxışı olmalıdır.

‍

Posted 
Nov 17, 2026
 in 
Breaking News
 category

Daha çox

Breaking News

 kateqoriyasından

View All