Nvidia CEO-su Jensen Huang qalmaqallardan sonra 33 ildən sonra vəzifəsindən istefa verdi
Nvidia-nın həmtəsisçisi və baş direktoru Jensen Huang 33 illik rəhbərliyindən sonra vəzifəsindən istefa verib. Onun rəhbərliyi dövründə Nvidia qrafik prosessorları istehsalçısından süni intellekt çipləri bazarının əsas oyunçularından birinə çevrilib. Huang şirkətin GPU texnologiyalarının inkişafına, məlumat mərkəzləri üçün çiplərin istehsalına və süni intellekt infrastrukturunun qurulmasına rəhbərlik edib. Nvidia-nın bazar dəyərinin trilyonlarla dollara çatmasında da onun rəhbərliyi mühüm rol oynayıb.
Şirkətin maliyyə direktoru Colette Kress daimi rəhbər təyin olunana qədər müvəqqəti CEO vəzifəsini icra edəcək.
Huangın istefası şəxsi münasibətləri ilə bağlı yayılan iddialar fonunda gündəmə gəlib. “The New York Times” onun Nvidia-nın səhiyyə üzrə vitse-prezidenti Kimberly Powell ilə romantik münasibətdə olduğunu yazıb. Daha əvvəl isə Huangın Alice Huang ilə münasibəti barədə məlumatlar yayılmışdı.
“The Information” nəşri Alice Huangın Çinə 7,5 milyard dollarlıq çip satışına şərait yaradan Çin şirkətləri şəbəkəsi ilə əlaqəli olduğunu iddia edib. ABŞ prezidenti Donald Tramp Jensen Huangı müdafiə edərək onu “şərəfli insan” adlandırıb və FBI-ın məsələni araşdırdığını bildirib. Nvidia isə yayılan iddialarla bağlı ətraflı açıqlama verməyib.



