SpaceX Starlink peyk internetinin yeni portativ versiyası olan Starlink Mini 2 üzərində işləyir.

Cihaz səyahətlərdə, düşərgələrdə və ənənəvi internet bağlantısının olmadığı ucqar ərazilərdə istifadə üçün nəzərdə tutulub. Əsas yenilik isə çıxarıla bilən 71 Wh tutumlu batareyadır. Bu batareya bir dəfə enerji doldurmaqla 4,5 saata qədər internet bağlantısı təmin edə bilər.

Starlink Mini 2: $999 Price, Specs and Availability - TechRepublic

Batareya antenanın arxa hissəsinə birləşdirilir və USB-C vasitəsilə də enerji yığa bilir. Starlink Mini 2 Wi-Fi 6 texnologiyasını dəstəkləyir, təxminən 167 kvadratmetr ərazidə simsiz internet bağlantısı yarada bilir. IP67 qoruma standartı isə cihazın toz və suya qarşı davamlılığını təmin edir. Batareya və dayaqla birlikdə çəkisi 1,6 kiloqram, qalınlığı isə 23,1 millimetrdir.

Starlink launches rugged Mini 2 dish with $50 battery add-on -  Notebookcheck News

Qiymətlərlə bağlı məlumatlar da üzə çıxıb. Starlink-in onlayn sistemində cihaz üçün 249 dollarlıq beta dəst və 50 dollarlıq əlavə batareya qiymətləri aşkarlanıb. Bəzi ABŞ müştərilərinə bir illik Roam Unlimited internet xidməti daxil olmaqla 999 dollarlıq paket təklif edildiyi də bildirilir. Bununla belə, şirkət qiymətləri və satış tarixini hələ rəsmi şəkildə təsdiqləməyib.

‍

Posted 
Nov 12, 2026
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All