Y

anvar ayından etibarən Londonda fəaliyyətə başlayan “Getir”, Premier Liqa kulublarından Tottenham Hotspur-un qlobal sponsoru olduğunu elan etdi. London klubu tərəfindən paylaşılan açıqlamada sponsorluq müqaviləsinin üç illik olduğu bildirildi.

“Getir”in İngiltərədəki müdiri Turancan Salur,

“İdmanı və idmançıları dəstəklədiyimiz üçün çox sevinirik. Onlara hörmətlə yanaşacaq və dəyər verməyə davam edəcəyik. Tottenham Hotspur ilə həyata keçirdiyimiz ilk futbol klubu ortaqlığımızla bunu İngiltərədə həyata keçirə bilmək möhtəşəmdir. Hər saniyənin önəmli olduğu futbol meydançası kimi bizlər də meydançada lazım olanları dəqiqələr içində təslim etmək üçün çox çalışır və ən son texnologiyanı təqdim etməyə, azarkeşlərə bənzərsiz təcrübələr yaşatmağa fokuslanırıq.” sözlərini dedi.
Tottenham Hotspur CCO-su Todd Kline isə “Getir” ilə ortaqlığa imza atdıqları üçün çox sevincli olduqlarını dilə gətirərək, İngiltərə və Avropadakı sürətli böyüməsində “Getir”i dəstəkləyəcəklərini söylədi.
Posted 
Aug 7, 2021
 in 
Startap
 category

Daha çox

Startap

 kateqoriyasından

View All