“Kontakt” şirkəti 20 illiyi ərəfəsində rəsmi saytını yeniləyib.
Şirkətin təqdim etdiyi dəyişikliklər məhsulların axtarışını, müqayisəsini və sifariş prosesini daha rahat etmək məqsədi daşıyır.
Yenilənmiş Kontakt.az-da müştərilər məhsulun yalnız model adına deyil, texniki xüsusiyyətlərinə, qiymətinə və hissəli ödəniş şərtlərinə də baxa bilərlər. Video icmallar isə alışdan əvvəl məhsul haqqında daha ətraflı məlumat əldə etməyə və ehtiyaclara uyğun seçim etməyə kömək edir.
Saytda müxtəlif modelləri müqayisə etmək, taksit kartlarının təkliflərini nəzərdən keçirmək və məhsulun hansı mağazada mövcud olduğunu öyrənmək də mümkündür. Bu imkanlar istifadəçilərə seçim zamanı qiymət və ödəniş şərtlərini bir yerdə dəyərləndirməyə şərait yaradır.
Şirkətin açıqlamasına görə, saytın istifadəçi təcrübəsi (UX) modeli və sifariş prosesi üzərində iş 10 ay davam edib. Yenilənmənin əsas məqsədi müştərinin məhsulu axtarmasından sifarişi tamamlamasına qədər keçdiyi mərhələləri sadələşdirməkdir.
“Kontakt” istifadəçiləri yenilənmiş saytla bağlı fikir və təkliflərini də bölüşməyə dəvət edir. Müştərilərin rəyləri gələcək təkmilləşdirmələr üçün nəzərə alına bilər.



