Caspar Craven, böhran anında liderlik və Big Bold Mindset modeli

INMerge 2026 roadshow seriyası İstanbuldan sonra Daşkənddə davam etdi və regionun innovasiya və startap ekosistemini bir araya gətirdi. Bakıdakı əsas tədbirlə müqayisədə daha kompakt formatda olsa da, Bir Ecosystem, Uzum, Yandex Uzbekistan, Paynet və TBC Uzbekistan kimi şirkətlərin iştirakı ilə güclü bir atmosfer formalaşdı və gün Startup Pitch Competition ilə yekunlaşdı.

Amma bu dəfə əsas fokus tədbirin ümumi axınından çox, mənim üçün yadda qalan spikerə — Caspar Craven-ə yönəldi. Əslində danışmaq istədiyim Caspar Craven idi.ş

Biznes dünyasında liderlik, komanda idarəetməsi və böhran zamanı davranış haqqında çox danışılır. Kitablarda oxunur, tədbirlərdə dinlənir, müzakirə olunur. Amma bəzi spikerlər var ki, sadəcə çıxış etmir — insanı öz düşüncəsinə və iş tərzinə yenidən baxmağa vadar edir.

Caspar Craven mənim üçün məhz belə bir insan idi. Onunla ilk təmasda sadə, səmimi və açıq ünsiyyət tərzi diqqət çəkir. Müsahibə istəyini geri çevirməməsi və texniki çətinliklər zamanı belə prosesə şəxsən kömək etməsi də səhnədə danışdığı “komandasını tərk etməyən lider” anlayışının real davamı kimi görünür.

“Yeni dünyanı köhnə xəritələrlə idarə edə bilməzsən”

Caspar çıxışında dünyanın sürətlə dəyişən reallığından danışır — süni intellekt, texnoloji transformasiya, iqtisadi və sosial dəyişikliklər. Onun əsas fikri isə çox sadədir:

“Yeni dünyanı köhnə xəritələrlə idarə edə bilməzsən”

O, həmçinin “lider olaraq kim olduğumuz təzyiq altında ortaya çıxır” fikrini önə çəkir və “Mindset Design Shift” anlayışını izah edir: qərarları bugünkü məhdudiyyətlərə görə yox, gələcək viziona görə formalaşdırmaq.

WHY vs WHY NOT

Çıxışın ən yadda qalan hissələrindən biri bu yanaşmadır. İnsanlar adətən əvvəl riskləri görür, “alınar ya alınmaz?” sualına fokuslanır. Caspar isə deyir ki, güclü WHY olduqda məsələ dəyişir — artıq əsas sual WHY NOT-ları necə həll etmək olur.

Bu yanaşma düşüncə modelini dəyişir: problem “olar ya yox?” deyil, “bunu necə edək?” olur.

Böhran liderliyi necə göstərir?

O, liderliyin əsl mahiyyətinin böhran anında ortaya çıxdığını vurğulayır: “Kim olduğumuz təzyiq altında bilinir”. Belə anlarda günahkar axtarmaq yox, komandanın birlikdə qalması və həllə fokuslanması əsasdır.

Bu hissə real vəziyyətlərlə izah olunur — planlar pozulduqda, sistem dayananda, bütün məsuliyyət liderlik davranışına çevrilir.

Big Bold Mindset modeli

Caspar bütün fikirlərini “Big Bold Mindset” adlı çərçivə ilə birləşdirir:

Thinking Bigger — gələcəyə görə düşünmək
Leading Bigger — insanı önə qoymaq
Bigger Together — birlikdə irəliləmək
Bigger by the Day — hər gün inkişaf etmək
Bigger Resilience — təzyiq altında davamlı qalmaq

Əsas nəticə

INMerge Tashkent-dən çıxan əsas fikir texnologiyadan çox düşüncə tərzi ilə bağlıdır. Çünki məhsullar dəyişir, texnologiya dəyişir, AI dəyişir — amma liderlik yanaşması uzunmüddətli fərqi yaradır.

Caspar Craven-in hekayəsi bunu göstərir: bir xəritə mətbəxdə başlayır, amma nəticədə liderlik modelinə çevrilə bilər.

Əsl sual isə budur: Dünya dəyişirmi? Xeyr. Dünya artıq dəyişib.

Sual budur: Yeni xəritəni kim çəkəcək?

Posted 
May 5, 2026
 in 
Event
 category

Daha çox

Event

 kateqoriyasından

View All