Azərbaycanda məktəblərdə TikTok platformasına çıxış məhdudlaşdırılıb.
Bu barədə elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri” mövzusunda keçirilən Ailə Forumunda məlumat verib. Nazir müavininin sözlərinə görə, məktəblərdə cinayət, narkotik və zorakılıq məzmunu daşıyan 200-dən çox görüntüyə də məhdudiyyət tətbiq edilib. Bu addım şagirdlərin zərərli internet məzmunundan qorunmasına yönəlib.

Firudin Qurbanov vurğulayıb ki, uşaqların təhlükəli məzmunlardan qorunması yalnız məktəblərdə tətbiq olunan məhdudiyyətlərlə kifayətlənməməlidir. Onun sözlərinə görə, valideynlər də uşaqların istifadə etdiyi platformalara və izlədikləri məzmuna nəzarət etməlidirlər.
Daha çox
Breaking News
kateqoriyasından
View All



