Nəqliyyat sektoruna yeni həllər üçün “Transport Tech” hakatonu keçiriləcək.
İRİA və AYNA-nın birgə təşkilatçılığı ilə “Openwave” Açıq İnnovasiya proqramı çərçivəsində “Transport Tech” hakatonu keçiriləcək. Tədbirin 17-18 oktyabr tarixlərində Azərbaycan İnnovasiya Mərkəzində keçirilməsi planlaşdırılır.
Hakatonda iştirakçılar AYNA tərəfindən təqdim ediləcək məlumatlardan istifadə edərək nəqliyyat sektorunda mövcud problemlərin həllinə yönəlmiş texnoloji ideyalar hazırlayacaqlar. İştirakçılar iki gün ərzində öz həllərini prototipə çevirərək münsiflər heyətinə təqdim edəcəklər.
Hakatonda 3-4 nəfərdən ibarət komandalar iştirak edə bilər. Komandalar layihənin hazırlanması prosesində mentorların dəstəyindən yararlanacaq və ideyanın texniki tərəflərini, eləcə də tətbiq imkanlarını inkişaf etdirəcəklər.
Tədbirin sonunda ən yaxşı üç komanda seçiləcək. Qalib komandaların hər bir üzvünə MacBook M5 Pro hədiyyə olunacaq.
Hakatonda iştirak etmək istəyənlər üçün qeydiyyatın son tarixi 12 oktyabrdır. Tədbir Azərbaycan İnnovasiya Mərkəzində baş tutacaq.



