Azərbaycanda elektroskuter sürənlər üçün dəbilqə məcburi ola bilər

Azərbaycanda elektroskuterlər və digər kiçik elektrik nəqliyyat vasitələrindən istifadə qaydalarının sərtləşdirilməsi təklif olunur. Yeni təşəbbüsə əsasən, bu nəqliyyat vasitələrini idarə edən şəxslər üçün təhlükəsizlik dəbilqəsinin taxılması məcburi tələbə çevrilə, həmçinin onların dövlət qeydiyyatı və identifikasiyası sistemi yaradıla bilər. Təkliflər İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyevanın apardığı araşdırma əsasında irəli sürülüb. Araşdırmada elektroskuterlərin şəhərlərdə geniş yayılmasının yaratdığı təhlükəsizlik riskləri, xüsusilə uşaqların nəzarətsiz şəkildə bu nəqliyyat vasitələrindən istifadəsi diqqətə çatdırılıb.

Ombudsmanın qiymətləndirməsinə görə, qanunvericilikdə elektroskuterləri idarə etmək üçün minimum yaş həddi müəyyən edilsə də, bu tələbin icrasına nəzarət yetərli deyil. Hazırda dəbilqədən istifadə də məcburi norma kimi təsbit olunmayıb. Araşdırmada yüksək sürətlə hərəkət edən elektroskuterlərlə bağlı qəzalarda baş xəsarətləri riskinin artdığı vurğulanıb.

Təkliflər sırasında uşaqların qorunması üçün valideyn məsuliyyətinin gücləndirilməsi, elektroskuterlərin dövlət qeydiyyatına alınması və identifikasiya mexanizminin yaradılması da var. Bu sistemlərin nəqliyyat vasitələrinin müəyyənləşdirilməsinə və qayda pozuntularına görə məsuliyyətin tətbiqinə kömək edəcəyi bildirilir.

Posted 
Nov 20, 2026
 in 
Breaking News
 category

Daha çox

Breaking News

 kateqoriyasından

View All