Azərbaycanlı gənclərin FitFindAI startapı 1,6 milyon dəyərində qiymətləndirilib.

ABŞ-nin Çikaqo şəhərində təhsil alan azərbaycanlı tələbələr İbrahim Cümşüdlü, Əli Şükürov və Ayhan Şahmarov süni intellekt əsaslı moda texnologiyası startapı “FitFindAI” yaradıb. Startap ABŞ-də perspektivli texnologiya layihələrinə dəstək verən gener8tor Accelerator proqramı tərəfindən 1,6 milyon ABŞ dolları dəyərində qiymətləndirilib. Proqram seçilmiş startaplara biznes strategiyası, investor görüşləri və mentor dəstəyi təqdim edir.

“FitFindAI” istifadəçilərə istədikləri geyimləri həm mətn, həm də şəkil vasitəsilə tapmağa imkan verir və istifadəçinin ərazisinə uyğun olaraq müxtəlif geyim markalarında axtarış aparır.

Posted 
Apr 7, 2026
 in 
Startap
 category

Daha çox

Startap

 kateqoriyasından

View All