İRİA və Plug & Play ADY və Bakı metrosunun problemləri üçün startap həlləri axtarır

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) “Plug and Play” ilə əməkdaşlıq çərçivəsində “Industry Challenges” proqramına başlayır. Proqramın məqsədi Azərbaycan Dəmir Yolları (ADY) və Bakı Metropoliteninin gündəlik fəaliyyətində qarşılaşılan real əməliyyat problemlərini müəyyənləşdirmək və onların həlli üçün innovativ texnologiyaları cəlb etməkdir.

Proqram çərçivəsində ADY və Bakı Metropoliteninin sahəvi ekspertləri ilə görüşlər keçiriləcək. Bu görüşlər zamanı şirkətlərin texnoloji və əməliyyat ehtiyacları müəyyənləşdirilərək konkret problemlər formalaşdırılacaq. Daha sonra həmin problemlərin həlli üçün uyğun startap və texnologiya şirkətlərinin imkanları qiymətləndiriləcək.

İlkin mərhələdə həllərin yerli startaplar arasından seçilməsi nəzərdə tutulur. Yerli bazarda uyğun texnoloji həllin olmadığı hallarda isə regional və beynəlxalq şirkətlərin prosesə cəlb edilməsi mümkün olacaq.

İRİA-nın yanaşmasına əsasən, “Industry Challenges” yalnız problemlərin müəyyənləşdirilməsi və müzakirəsi ilə məhdudlaşmayacaq. Seçilən həllərin real mühitdə sınaqdan keçirilməsi və uğurlu nəticələr əldə edildiyi halda pilot layihələrə çevrilməsi əsas istiqamətlərdən biri olacaq. Bununla da startapların hazırladığı texnologiyaların nəqliyyat və infrastruktur sahəsində praktiki tətbiqi üçün imkan yaradılması hədəflənir.

Posted 
Sep 3, 2026
 in 
Startap
 category

Daha çox

Startap

 kateqoriyasından

View All