B

eynəlxalq Qadınlar Günündə Azərbaycan və Türkiyədə diqqət çəkən bəzi işlər!

Markaların Qadınlar Günü münasibətilə gördüyü işlərin axır ki taktiki bir kampaniya ilə qadınların evdə, çöldə və ölkədə hüquqlarını müdafiə edən, səmimi və hər kəsə onların dəyərlərini və potensiallarını xatırladan işlər görməsi ümid və qürurvericidir. Əlbəttə ki, markaların 365 gün ərzində bu mövqeyi sərgiləməsini istərdik. Ancaq marketinq və reklam dünyası üçün ildə bir həftə və ya bir gün belə olsa, ölkələrindəki vətəndaşlara günün dəyərini xatırlatması çox vacibdir.

ÇİÇƏK DEYİL, DƏYƏR!

Bu dəyişikliyin yalnız marketinq dünyasında deyil, həm də mədəniyyətimizdə, iş həyatımızda, dilimizdə və təbiətimizdə də olmasını ürəkdən arzulayırıq. Çünki Qadınlar Günü bir çiçək və ya hədiyyə ilə yola verilməyəcək qədər qiymətli bir gündür. Trilogy ailəsi olaraq, bütün qadın oxucularımızın Qadınlar Gününü təbrik edir, qadın və kişi olmasından asılı olmayaraq hər kəsin feminizmi mənimsəməli olduğunu xatırladırıq.

Bütün bu dəyişikliklər baş verərkən çox təəssüf ki, bazarda hələ də bəzi markalar qaş düzəltmək yerinə göz çıxararaq, 2021-ci ildə fikir mərhələsində olarkən ağıllardan silinməli olan bəzi işlərə yaşıl işıq yandıraraq həm özlərini yandırırlar, həm də onların əvəzinə utanmağımıza səbəb olurlar. Bu il də açıq şəkildə öz cahilliyini nümayiş etdirən, "vacib" və "yaxşı" bir iş gördüklərini düşünən bəzi markalar oldu. Ümid edirik ki, bu səhvlərindən dərs alacaqlar və yaşadıqları cəmiyyəti və gündəmi daha düzgün şəkildə dərk etməyi bacaracaqlar.

Beynəlxalq Qadınlar Günündə Azərbaycan və Türkiyədə diqqət çəkən bəzi işlər!

1. Kapital Bank - Women of Azerbaijan Platforması

Qadınlar Gününü təşəbbüskar sahibkar qadınlar üçün xüsusi “Zərif” adlı yeni krediti və Women of Azerbaijan adlı yepyeni bir platforma ilə qeyd edən Kapital Bank bu layihə yalnız qadınların iş həyatındakı yerlərinə diqqət çəkmir, eyni zamanda, onların 365 gün ərzində qazandıqları uğurları da qeyd edir. İşgüzar qadınlarla bağlı xəbərlərin azlığına da diqqət çəkərək Azərbaycanın ən uğurlu qadın sahibkarlarını vahid bir platforma altında toplayır.

Agentlik: FCB Art Group Baku

2. Kontakt Home - Sen böyük işler görürsen!

Son dövrdəki keyfiyyətli prodakşnları ilə diqqət çəkən Kontakt Home, Qadınlar Günü münasibətilə gördüyü iş ilə də diqqət çəkməyi bacardı. Sosial media hesablarından paylaşdıqları video ilə qadınların hər sahədə uğur qazana biləcəyini göstərdi.
3. Unibank - Zorakılıq hədiyyə ilə bağışlanmır


3. Unibank - Zorakılıq hədiyyə ilə bağışlanmır

Unibank hazırladığı poster seriyası ilə həm rəqəmsal platformalarda, həm də açıq havada Azərbaycanda qadınlara qarşı baş verən zorakılığa, psixoloji təzyiqlərə və qadın intiharlarına diqqət çəkərək Qadınlar Gününün çiçəkdən və hədiyyədən daha dəyərli olduğunu vurğuladı.

Kampaniyanın şüarları isə belədir:

"Qadınlara qarşı şiddət, psixoloji təzyiq və zor tətbiqi hədiyyə ilə bağışlanmır.”,


4. Starbucks Azerbaijan

Keçən il qadın əməkdaşlarının səmimi və dürüst anlarını bir videoda toplayaraq ürəyimizi isidən Starbucks bu dəfəki Qadınlar Günündə ailəsinə yeni qatılan qadınlara söz verdi və arzularını bizimlə bölüşdü. Bundan başqa, kişi işçilərindən də Qadınlar Günü ilə bağlı xoş arzularını alaraq iş mühitində hörmət və bərabərliyin ön planda olduğunu xüsusilə vurğuladı.


5. Eti Azerbaijan

Türkiyənin məşhur şokolad və peçenye markası Eti Azərbaycanda da lokal işlərlə diqqət çəkməyə davam edir. Qadınlar Gününü 4 fərqli qadın influnserlə əməkdaşlıq edərək rəqəmsal platformalarda yayımladığı video ilə təbrik edən Eti "Qadınların ən gözəl tərəfi qadın olmalarıdır!" mesajı ilə yadda qaldı.


6. Rabitə Bank

“Rabitə Bank”ın “Bu bir kampaniya deyil” mesajı ilə qadın işçilərinə və sahibkarlara olan etibarını xüsusi kredit məhsulu ilə göstərdiyi yeni animasiya filmi bütün rəqəmsal platformalarda paylaşıldı.


7. Azerbaycan Beynelxalq Bankı

Beynəlxalq Bank Qadınlar Gününü iş həyatında və digər sahələrdə çalışanların “qadın” olmasının fərq yaratmamalı olduğunu vurğuladı, qadınlarla kişilərin həyatda və işdə bərabər olmalarının lazımlığını bizlərə xatırlatdı.


9. Meyhanedeyiz.Biz - #HadiYüzleşelim  

Demək olar ki, hazırladıqları bütün filmlərlə bizlərə dərindən təsir edən Meyhanedeyiz.biz platforması builki Qadınlar Günündə Türkiyənin ən yaxşı aktrisalarından Demet Evgar-ı rakı masasının başında əyləşdirərək, ölkədəki hər kəsin qədəhləri qaldırmadan qadınlar haqqında sahib olduğu qərəzli fikirləri, etdikləri səhvləri nəzərdən keçirməsini, onlarla üzləşməsini və ancaq bu halda o masada könül rahatlığı ilə oturub bir qədəh toqquşdura biləcəyini güclü senarisi ilə şillə kimi üzümüzə vurdu.


10. Boyner Markalar Qrupu- #Lütfenİndirmeyin

Yuxarıda da bəhs etdiyimiz Qadınlar Gününün endirimlər və kampaniyalar üçün bir fürsət günü olduğu fikrini ələ salan Boyner Qrupunun bu ilin ən diqqətçəkən və ən parlaq Qadınlar Günü işinə imza atmış olduğunu deyə bilərik. Qadınlara qarşı şiddət tətbiq edənlərin gözəl bir söz, qalstuk və üzr istəməsi üçün məhkəmələrdən aldığı icazələrin mənasızlığından bəhs edən film istehlakçılar tərəfindən böyük maraq və təriflə qarşılandı.




Posted 
Mar 8, 2021
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All