GTA 6-da diqqət çəkən bir detal Azərbaycanda maraqlı sosial media kampaniyasına səbəb olub.

Oyunda Popeyes restoranlarına bənzəyən “Peewees” adlı fast-food məkanını kəşf edən azərbaycanlı gamer və kontent yaradıcısı Energizer Toğrul bu anı izləyiciləri ilə bölüşüb. Onun paylaşımı isə Popeyes Azərbaycanın diqqətini çəkib.

Toğrulun videosuna rəsmi hesabından yumorlu şəkildə münasibət bildirən Popeyes Azərbaycan “Bəlkə də, bizik, xəbərimiz yox…” şərhini yazıb. Bununla da oyun daxilindəki oxşarlıq sosial media dialoquna çevrilib. Brend söhbəti bir addım da irəli apararaq oyunçular üçün xüsusi challenge başladıb. İştirakçılara GTA 6-da “Peewees” restoranını tapmaq, oradan yemək almaq və həmin anı videoya çəkmək təklif olunur. Videonu Instagram Story-də paylaşaraq Popeyes Azərbaycan hesabını taq etmək lazımdır. Səhifəsi bağlı olan iştirakçılar isə Story-nin ekran görüntüsünü brendin DM-inə göndərə bilərlər.

Challenge-də iştirak edənlər əldə etdikləri unikal promokodla Popeyes restoranlarından Sandwich menyusunu pulsuz götürə bilirlər. Kampaniya 24 noyabr saat 23.59-dək davam edir. Bu tarixə qədər əldə olunmuş promokodlardan istifadə üçün isə son tarix 30 noyabrdır. 

Kampaniyaya digər gamer və kontent yaradıcıları da qoşulub. Onlar oyun daxilində restoranın tapılması və challenge-də iştirak prosesini öz auditoriyaları ilə bölüşüblər. Beləliklə, Toğrulun bir oyun videosu ilə başlayan paylaşım daha geniş gaming icmasının iştirak etdiyi interaktiv kampaniyaya çevrilib.

Popeyes bu kampaniya ilə oyun dünyasındakı virtual təcrübəni real mükafatla birləşdirib. Oyundakı restoranın brendə bənzərliyi ətrafında yaranan yumor isə gaming mədəniyyətinə uyğun, interaktiv ünsiyyət formatı yaradıb.

‍

Posted 
Nov 24, 2026
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All