Cristiano Ronaldo futbol meydanından ekranlara keçir, yeni serialın istehsalına başlayıb
Portuqaliyalı futbol ulduzu Cristiano Ronaldo kino və televiziya sahəsində də fəaliyyətə başlayır. O, “Day 1s” adlı futbol dram serialının istehsalına start verib. Layihənin süjeti futbol transferləri dünyasında çalışan britaniyalı agent Stanley Daltonun həyatından və peşəkar fəaliyyətindən bəhs edir.

Serialın baş rolunu “Homeland” və “Billions” layihələri ilə tanınan aktyor Damian Lewis canlandırır. Aktyor heyətində britaniyalı reper Dave də yer alır. Fransalı keçmiş futbolçu Thierry Henry isə layihədə özünü canlandıracaq.
Hazırda serialın çəkilişləri davam edir. Layihənin ekranlara çıxacağı tarix və hansı platformada yayımlanacağı barədə isə hələlik rəsmi məlumat açıqlanmayıb. Ronaldo bu layihə ilə futbol sahəsindəki fəaliyyətindən kənarda əyləncə sənayesinə də addım atır.



