M

astercard, hədiyyə kartlarının üzərində olan son istifadətarixləri ilə nəsli tükənməkdə olan canlılara fokuslanır.

Dünyada 1 milyon heyvan və bitki növü yox olmaq təhlükəsi ilə qarşı-qarşıyadır. İnsanlarvəhşi təbiət üçün böyük bir təhlükədir. Hər gün 150-dən çox növün nəsli tükənir. Bu şəkildədavam edərsə əgərhər 10 ildə dünya üzərindəki növlərin 10%-i yoxa çıxa bilər. Mastercard damüştərilərinə bir milyona yaxın heyvan və bitki növünün bu an etibarı ilə məhv olması təhlükəsi iləqarşı-qarşıya olduğu həqiqətini xatırlatmaq üçün "The Wildlife ImpactCard" proqramını yaratdı.

McCann” tərəfindən yaradılanmaarifləndirmə kampaniyasıçərçivəsində kartların üzərində yazan son istifadə tarixi ilə birlikdə bumüddət ərzində nəsli tükənməktəhlükəsi olan vəhşi heyvanların şəkli də əks etdirilir. Hər kartda tükənmək təhlükəsi olan növün şəkliilə bərabər bu canlının potensial olaraq dünyada var olmayacağını göstərəntarixlərin çox da uzaq olmaması bunun nə qədər təhlükəli olduğunu göstərir. Buyay istifadəyə veriləcək kartlar 100% təkrar emal edilə biləcək materiallardanhazırlanacaq.

Son 20 ildə sayı 80% azalmış və bitkilərin tozlanmasında vacib rol oynayan ağ-qaralemurlar, qaçaq ovlanma və meşələrin məhv edilməsi səbəbi ilə son 30 ildə sayının86%-ni itirən Afrika meşə fili, qeyri-qanuni ticarət nəticəsində son 20 ildə80%-i yox olan panqolinlərin şəkli kartın üzərində yer alan heyvanlardandır.

Satınalınan hər bir “Wildlife Impact” həddiyə kartı üçün “Conservation International”a 1 dollar ianə edilir. Proqram ilə birlikdə 40 milyon hektarlıq ərazi və 4,5 milyon kilometrlik okean sahəsi başda olmaqla vəhşi təbiətin qorunması üçün ianətoplanır. “Conservation International”, tropic meşələrdən okeanlardakı adalaraqədər hər sahədə ekosistemə diqqət yetirərək insalıq və təbiət üçün üçün dəyəryaradan təkliflər təqdim edir.

Posted 
Jun 5, 2021
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All