Rəqəmsal transformasiya və İT konsaltinq sahəsində dünya liderlərindən olan “EPAM Systems” şirkəti Azərbaycanda fəaliyyətə başlayacağını rəsmən elan edib. Yaxın zamanda Bakıda açılacaq nümayəndəlik əməliyyat işləri ilə yanaşı, irimiqyaslı rəqəmsallaşma təşəbbüslərinin həyata keçirilməsini nəzərdə tutan innovasiya mərkəzi kimi də fəaliyyət göstərəcək. Əməkdaşlığın xüsusi istiqaməti süni intellekt sahəsini əhatə edəcək.

Şirkət Azərbaycanda dövlət xidmətlərinin rəqəmsallaşdırılmasında, “mygov” (o cümlədən mygov biznes) rəqəmsal xidmətlər ekosisteminin genişləndirilməsində və bu xidmətlərin səmərəliliyinin və əlçatanlığının artırılmasına yönəlmiş texnoloji həllərin tətbiqində fəal iştirak etməyi planlaşdırır. “EPAM Campus” platforması vasitəsilə yerli İT mütəxəssislərin hazırlanması və texnoloji səriştələrin inkişafı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və digər dövlət qurumları ilə birgə layihələrin həyata keçirilməsinə xüsusi diqqət ayrılacaq.

62000-dən artıq mütəxəssisə malik “EPAM Systems” şirkəti 55-dən çox ölkədə təmsil olunur və “Fortune 500” siyahısına daxil olan dünyanın ən iri korporasiyalarına xidmət göstərir. 2012-ci ildən etibarən “EPAM Systems”in səhmləri Nyu-York Fond Birjasında satılır, şirkət 2021-ci ildən “S&P 500” indeksinə daxil olub. Bu, şirkətin miqyasını və qlobal iqtisadiyyat üçün nə dərəcədə əhəmiyyətli olduğunu sübut edir.

Posted 
Aug 12, 2025
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All