Azərbaycanda Temu ilə bağlı araşdırmada rəqabət qanunvericiliyinin pozulması əlamətləri aşkarlanıb

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Çinin PDD Holdings şirkətinə məxsus Temu elektron ticarət platformasının fəaliyyəti ilə bağlı araşdırmanı yekunlaşdırıb. Araşdırma platformanın rəqabəti məhdudlaşdıran qiymət siyasəti həyata keçirməsi və hökmran mövqedən sui-istifadə etməsi şübhələri əsasında aparılıb.

Agentliyin məlumatına görə, araşdırma nəticəsində Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin 16.2.1, 16.2.7 və 16.2.8-ci maddələrinin tələblərinin pozulması əlamətləri müəyyən edilib. Bu maddələr hökmran mövqedən istifadə etməklə aşağı və ya yüksək inhisar qiymətlərinin tətbiqini, rəqabəti məhdudlaşdıran aşağı qiymət siyasətini, eləcə də iqtisadi və ya texnoloji əsas olmadan məhsulların maya dəyərindən aşağı qiymətə satışını əhatə edir.

Araşdırmanın nəticələrinə əsasən, rəqabət qanunvericiliyinin pozulması haqqında iş qaldırılması məsələsinə baxılması üçün xüsusi rəqabət komissiyasının yaradılması barədə qərar qəbul edilib. Hazırda proses davam edir.

‍

Posted 
Nov 25, 2026
 in 
 category

Daha çox

 kateqoriyasından

View All
No items found.