WhatsApp istifadəçilərin uzun müddətdir gözlənilən mesajların əvvəlcədən planlaşdırılması funksiyasını istifadəyə verir.

Yenilik sayəsində istifadəçilər mesajları yazdıqdan dərhal sonra deyil, seçdikləri tarix və saatda avtomatik göndərə biləcəklər. Bununla da WhatsApp bu imkanı artıq 2019-cu ildən təqdim edən Telegram kimi rəqiblərinə qoşulur.

Yeni funksiya həm şəxsi, həm də qrup çatlarında işləyir. İstifadəçilər mesajları 10 dəqiqədən 14 günə qədər əvvəlcədən planlaşdıra biləcəklər. Bunun üçün mesajı yazdıqdan sonra göndərmə düyməsini basıb saxlamaq, daha sonra istənilən tarix və saatı seçmək kifayətdir.

Funksiya mətnlə yanaşı foto və videoların da əvvəlcədən göndərilməsini dəstəkləyir. Planlaşdırılmış mesajlar ayrıca bölmədə görünəcək və istifadəçilər göndərilməmişdən əvvəl onları yoxlaya və silə biləcəklər. Mesajın göndərilməsi üçün telefonun həmin vaxt açıq və internetə qoşulu olması da tələb edilmir. WhatsApp bildirir ki, planlaşdırılmış mesajlar da digər şəxsi yazışmalar kimi başdan-başa şifrələnəcək.

‍

Posted 
Nov 26, 2026
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All