Jensen Huang yenidən NVIDIA-nın rəhbərliyinə qayıtdı
NVIDIA-nın İdarə Heyəti şirkətin həmtəsisçisi Jensen Huang-ın yenidən prezident və CEO vəzifəsinə qaytarılması barədə qərar qəbul edib. Huang eyni zamanda İdarə Heyətinin üzvü kimi fəaliyyətini davam etdirəcək.
Şirkətin yaydığı məlumata görə, qərar Huang ilə keçirilən bir sıra görüş və müzakirələrdən sonra yekdilliklə qəbul edilib. İdarə Heyəti onun şirkətə rəhbərlik etmək qabiliyyətinə və açıqlamalarına etimad göstərdiyini bildirib. ABŞ hökumətinin yüksək səviyyəli nümayəndələrindən alınan rəylər də nəzərə alınıb. NVIDIA rəhbərliyi Huang-ın geri qayıtmasının milli təhlükəsizlik baxımından risk yaratmadığı qənaətinə gəlib.
Huang-ın vəzifədən ayrılmasına səbəb onun xarici kəşfiyyat əməliyyatının hədəfi olması ilə bağlı yayılan məlumatlar idi. Bu xəbərlərdən sonra NVIDIA müstəqil direktorların daxil olduğu xüsusi araşdırma komitəsi yaratmışdı. Şirkət rəhbərliyi CEO-nun geri qayıtmasına baxmayaraq, araşdırmanın sona qədər davam etdiriləcəyini və Huang-ın proseslə əməkdaşlıq edəcəyini açıqlayıb.
Bununla yanaşı, NVIDIA ticarət qaydalarına riayət olunmasına və milli təhlükəsizlik risklərinə nəzarət etmək üçün yeni komitə formalaşdırıb. Şirkət həmçinin bütün struktur bölmələr üzrə uyğunluğa nəzarət edəcək yeni baş direktor vəzifəsi üçün namizədlər axtarmağa başlayıb.



