Anthropic rekord qıran IPO ilə birjaya çıxdı, 81,3 milyard dollar cəlb etdi
Süni intellekt şirkəti Anthropic Nasdaq birjasında ilk ticarət gününü səhmlərinin 17% bahalaşması ilə başa vurub. Claude çatbotunun yaradıcısı olan şirkət IPO zamanı 81,3 milyard dollar vəsait cəlb edərək tarixdə ən böyük ilkin kütləvi səhm təklifinə imza atıb.

Noyabrın 19-da ANT tickeri ilə ticarətə başlayan səhmlər 83 dollardan satışa çıxarılıb. İlk əməliyyatlar zamanı qiymət 111,50 dollara yüksəlsə də, günün sonunda 97,17 dollar səviyyəsində qərarlaşıb. Beləliklə, səhmlər ilk ticarət gününü IPO qiymətindən 17% yuxarıda tamamlayıb.
Şirkətin birjaya çıxışı Nasdaq-da keçirilən açılış mərasimi ilə qeyd olunub. Anthropic-in baş direktoru Dario Amodei və prezident Daniela Amodei açılış zəngini çalıblar. Dario Amodei süni intellektin inkişafında təhlükəsizliyin əhəmiyyətini vurğulayıb. Daniela Amodei isə texnologiyanın gələcəyinin formalaşmasında insanların narahatlıq və fikirlərinin nəzərə alınmasının vacibliyini bildirib.
Anthropic-in sürətli böyüməsi şirkətin maliyyə göstəricilərində də əks olunur. Yahoo Finance-ın məlumatına görə, şirkətin 2026-cı ilin üçüncü rübündə gəliri 17 milyard dollara çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12 dəfə çoxdur. Yahoo Finance Anthropic-i 2026-cı ilin şirkəti seçib.



