Anthropic Claude-a kodları yoxlamaq və düzəltmək imkanı verir

Anthropic proqram təminatının hazırlanması prosesini avtomatlaşdırmaq üçün Claude Ship adlı yeni alətini təqdim edib. Yeni sistem Claude-a yalnız kod yazmaq deyil, həm də hazırlanmış dəyişiklikləri yoxlamaq, aşkarlanan problemləri aradan qaldırmaq və komandanın müəyyən etdiyi qaydalara əsasən kod dəyişikliklərini təsdiqləmək imkanı verir.

Claude Ship üç əsas komponentdən ibarətdir. Code Review proqram kodundakı mümkün xətaları və problemləri yoxlayaraq nəticələri GitHub-dakı pull request-ə əlavə edir. PR Steward uğursuz testləri, kod dəyişiklikləri arasındakı ziddiyyətləri və digər proqramçıların qeydlərini nəzərə alaraq problemləri aradan qaldırmağa çalışır. Claude Approvals isə komandanın əvvəlcədən müəyyən etdiyi qaydalara əsasən dəyişiklikləri qiymətləndirir. Sadə dəyişiklikləri təsdiqləyə, daha riskli halları isə insan yoxlamasına yönləndirə bilir.

Proqramçılar Claude Code-da /ship əmrindən istifadə etməklə pull request yarada, kodun yoxlanılması və düzəldilməsi prosesini Claude-a həvalə edə bilərlər. Beləliklə, sistem kodun hazırlanmasından sonra aparılan yoxlamaların və texniki düzəlişlərin bir hissəsini müstəqil şəkildə yerinə yetirə bilir.

‍

Posted 
Nov 24, 2026
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All