Claude ilə yaradılan alətləri artıq masaüstü tətbiq kimi işlətmək mümkün olacaq

Anthropic istifadəçilərə Claude Artifacts vasitəsilə yaratdıqları alətləri ayrıca masaüstü tətbiqlərə çevirmək imkanı təqdim edib. “Install as app” adlı yeni funksiya sayəsində Claude ilə hazırlanan fərdi tətbiqləri brauzer və ya Claude pəncərəsindən kənarda, birbaşa kompüterdə işlətmək mümkün olacaq.

Yeni funksiya Mac və Windows istifadəçiləri üçün beta mərhələsində istifadəyə verilir. İstifadəçi Claude-dan istədiyi aləti hazırlamasını tələb edə, nəticəni Artifact kimi yoxlaya və daha sonra “Install as app” seçimi ilə onu kompüterinə quraşdıra bilər. Bunun üçün ayrıca proqram paketi hazırlamağa, tətbiqi imzalamağa və ya API açarı əldə etməyə ehtiyac yoxdur.

Quraşdırılan tətbiqlər öz ikonuna və ayrıca pəncərəsinə sahib olur. Onlar bildirişlər göndərə, Mac-də menyu panelinə, Windows-da isə sistem tepsisinə əlavə edilə bilər. Bundan başqa, tətbiqlər Claude-un özündən və istifadəçinin qoşduğu connector-lardan yararlana bilir. Əsas Artifact üzərində edilən dəyişikliklər quraşdırılmış tətbiqdə də avtomatik əks olunur.

‍

Posted 
Nov 25, 2026
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All