GTA 6 oynayarkən PS5 konsollarında sıradan çıxma halları qeydə alınır

Rockstar Games-in yeni oyunu GTA 6 bəzi PlayStation 5 istifadəçiləri üçün gözlənilməz problemlərə səbəb olub. Oyunçular qrafik xətalar, qəfil donmalar və konsolun sönməsi ilə bağlı şikayətlər paylaşırlar. Hətta iki strimerin konsolunun oyun zamanı sıradan çıxdığı və tüstüləndiyi bildirilir.

Pirat_Nation 🔴 on X: "Some PS5 owners had their consoles fried while  playing GTA 6, with dead GPUs The players say their consoles have stopped  working entirely after playing. One streamer claims

Ən çox diqqət çəkən hadisə Avstraliyalı Twitch strimeri shivjam-ın canlı yayımında baş verib. Oyun zamanı ekran qəfil donub, görüntüdə yaşıl xətlər və qrafik pozuntular yaranıb. Bundan sonra PS5 yenidən işə düşməyib. Strimer konsolun videokartının sıradan çıxdığını ehtimal edib. Başqa bir strimer JoJoJosiah isə GTA 6 oynayarkən fasilə verdiyi vaxt konsolundan tüstü çıxdığını bildirib.

Hadisələrdən sonra texniki mütəxəssis modyfikatorcasper oyunun konsola yaratdığı yükü ölçüb. Onun apardığı sınaqlarda GTA 6 işləyərkən enerji sərfiyyatı adi səhnədə təxminən 220 vatt, daha yüksək yüklənmə zamanı isə 274,2 vatt olub. Müqayisə üçün, bir çox digər oyunlarda bu göstərici 180-220 vatt arasında dəyişir.

‍

Posted 
Nov 26, 2026
 in 
Gaming
 category

Daha çox

Gaming

 kateqoriyasından

View All