Bu axşam Bakıda metro və avtobuslarda gediş haqqı 1 qəpik olacaq

“BakıKart” və “Mastercard” UEFA Çempionlar Liqasının əsas qarşılaşmalarından biri olan “Sabah” – “Barselona” oyunu münasibətilə sərnişinlər üçün xüsusi kampaniya həyata keçirir. Kampaniya çərçivəsində Bakı sakinləri və şəhərin qonaqları müəyyən edilmiş saatlarda ictimai nəqliyyatdan cəmi 1 qəpik ödəməklə istifadə edə biləcəklər.

Güzəşt 25 noyabr saat 18:00-dan 26 noyabr saat 01:00-dək qüvvədə olacaq. Bu müddət ərzində Mastercard kartları ilə təmassız ödəniş edən sərnişinlər metro və avtobuslarda hər gediş üçün 0,01 manat ödəyəcəklər.

Kampaniya həm Azərbaycan, həm də xarici banklar tərəfindən buraxılmış Mastercard kartlarına şamil olunur. Ödənişləri fiziki kartla yanaşı, Apple Pay və Google Pay vasitəsilə də həyata keçirmək mümkündür. Bunun üçün NFC texnologiyasını dəstəkləyən ödəniş terminalına telefonu və ya kartı yaxınlaşdırmaq kifayətdir.

Güzəşt Bakı ərazisində təmassız ödənişin mümkün olduğu bütün metro stansiyalarında və avtobus marşrutlarında keçərlidir. Kampaniya müddətində güzəştli gedişlərin sayına məhdudiyyət qoyulmayıb.

Təşəbbüsün əsas məqsədi “Sabah” – “Barselona” qarşılaşması günü azarkeşlərin şəhərdaxili hərəkətini asanlaşdırmaq, eyni zamanda ictimai nəqliyyatda rəqəmsal və təmassız ödənişləri təşviq etməkdir

‍

Posted 
Nov 25, 2026
 in 
Breaking News
 category

Daha çox

Breaking News

 kateqoriyasından

View All