Take-Two GTA 6-nın PC-də işə salınması üçün hazırlanan Leonida layihəsini bağlatdırıb.

Rockstar Games-in ana şirkəti Take-Two Interactive GTA 6-nı kompüterlərdə işlətməyi hədəfləyən Leonida adlı qeyri-rəsmi layihənin fəaliyyətini dayandırıb. Şirkət müəllif hüquqlarının pozulduğunu əsas gətirərək GitHub-a DMCA bildirişi göndərib və layihənin əsas repozitoriyasının, eləcə də ona bağlı minlərlə nüsxəsinin silinməsini tələb edib.

Leonida layihəsi Xbox Series versiyası üçün hazırlanmış GTA 6-nı Windows əməliyyat sistemində işlətməyə imkan verən yerli PC versiyası yaratmağı hədəfləyirdi. Bunun üçün oyunçulardan Xbox versiyasına aid oyun fayllarını təqdim etmələri tələb olunurdu. Layihə noyabrın 21-də, GTA 6-nın Xbox Series versiyasına aid olduğu bildirilən faylların internetdə yayılmasından bir gün sonra GitHub-da yaradılmışdı.

Take-Two müraciətində Leonida-nın sadəcə ümumi təyinatlı texniki alət olmadığını bildirib. Şirkətin iddiasına görə, layihə GTA 6-ya məxsus müəllif hüquqları ilə qorunan materialları təkrar istehsal edir və oyunun törəmə versiyasını hazırlayır. Bundan başqa, Rockstar-ın istifadə şərtlərində oyunların dekompilyasiyası, tərsinə mühəndislik yolu ilə təhlili və dəyişdirilməsi qadağan olunur.

‍

Posted 
Nov 25, 2026
 in 
Gaming
 category

Daha çox

Gaming

 kateqoriyasından

View All