Nvidia-nın maliyyə direktoru Colette Kress şirkətin müvəqqəti rəhbəri kimi qısa müddət çalışmasını LinkedIn-də qeyd edib.
Jensen Huangın noyabrın 12-də CEO vəzifəsindən ayrılmasından sonra bu post Kressə həvalə edilib. Huang noyabrın 23-də vəzifəsinə qayıdıb və Kress yenidən maliyyə direktoru rolunu davam etdirib. Beləliklə, onun müvəqqəti rəhbərliyi təxminən 11 gün davam edib.

Kressin bu vəzifəni LinkedIn profilində də qeyd etməsi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Bəzi istifadəçilər onun cəmi bir neçə gün davam edən rəhbərlik təcrübəsini belə peşəkar profilinə əlavə etməsini zarafatla qarşılayıblar. Şərhlərdə bu addım hətta qısa müddətli iş təcrübələrini CV-yə yazan insanların davranışı ilə müqayisə edilib.
Daha çox
Biznes
kateqoriyasından
View All



