Azərbaycanda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin fəaliyyət dairəsi genişləndirilib. Yeni fərmana əsasən, Agentlik “elektron hökumət” layihələrinin inkişafında, dövlət informasiya sistemlərinin yaradılması və təkmilləşdirilməsində, həmçinin elektron xidmətlərin daha səmərəli işləməsində əsas rol oynayacaq.
Agentlik, dövlət orqanları ilə birgə informasiya ehtiyatlarının idarə olunması, arxivləşdirilməsi, inteqrasiyası və təhlükəsizliyinə nəzarət edəcək, elektron xidmətlərin texniki uyğunluğu və keyfiyyəti ilə bağlı təkliflər hazırlayacaq. Eyni zamanda, elektron xidmətlərin fasiləsiz və dayanıqlı fəaliyyətini təmin etmək üçün müvafiq qurumlara tövsiyələr verəcək və onlara metodiki dəstək göstərəcək.
Daha çox
Daily
kateqoriyasından
View All