"Film" kateqoriyasında “Grand Prix” mükafatının qalibləri: Apple-ın “R.I.P. Leon” və CALM-ın “The Last Photo" kampaniyaları

Apple-ın ev mühitində çəkilən "R.I.P. Leon" reklamı göndərilən mesajları ləğv etmə xüsusiyyətini əyləncəli şəkildə nümayiş etdirib. Kərtənkələsini öldürdüyünü düşünən qəhrəman dostuna bununla bağlı mesaj göndərir. Anidən kərtəklənin canlandığını görüb, mesajını ləğv edir. Münsiflər heyətinin sədri Bruno Bertelli bildirib ki, münsiflər brend reklamları yerinə, satış üçün reklamları üstün tutmağa çalışıb. O, brendə deyil, satışa fokuslanmaq qərarının münsiflər heyətinin öz qərarı olduğunu və festivalın bu istiqamətdə bir təlimat vermədiyini bildirib.

"Yumor geri döndü. Başqa bir məsələni də qeyd etmək istərdim ki, bu da qısa formatlar ilə bağlıdır. Həqiqətən sosial mediadakı yeni tendensiyaları başa düşmək lazımdır".

"Outdoor" kateqoriyasında “Grand Prix” mükafatının qalibi: UNCOMMON "A British Original"

"A British Original" adlı kampaniya səyahət anketi formatından istifadə edərək insanların uçuş səbəbini araşdırmaq üçün maraqlı bir yol izləyib. Səfərin məqsədini öyrənmək üçün verilən suala insanların müxtəlif cavabları olub: "iş səyahəti", "tətil", “cibimdə uzun müddətdir üzük gəzdirirəm”, "hava pis olduğu üçün"...

British Airways-in brendlər və marketinq üzrə rəhbəri Hamish McVey bildirib ki,

"Biz çox istəyirdik ki, bu kampaniya müştərilərimiz və işçilərimizin orijinallığını vurğulasın. Aviaşirkətimizdə müsbət dəyişikliklər etmək üçün çox çalışırıq və bu brend kampaniyası işimizə qarşı nə qədər motivasiyalı olduğumuzu nümayiş etdirməyə imkan verir".

"PR" kateqoriyasında “Grand Prix” mükafatının qalibi: Doordash “Self-Love Valentine's Day”

"Self-Love Bouquet" istifadəçilərə özləri üçün bir buket qızılgül almağı tövsiyə etdi - buketdəki sürpriz bir oyuncaq ilə birlikdə...

"Self-Love Bouquet" insanları təkcə başqalarına deyil, həm də özlərinə sevgi göstərməyə sövq edirdi. Sifarişdəki onlarla qızılgül ilə yanaşı, Tiktok-da populyar olan böyüklər üçün oyuncaq "Rose" da yer alırdı.

Kampaniya Atlanta, Çikaqo, Detroit, Hyuston, Los-Anceles, Mayami və Filadelfiyada keçərli idi.

"Media" kateqoriyasında “Grand Prix” mükafatının qalibi: Dove - Turn Your Back

Ogilvy UK və David Madrid aldadıcı görünüş yaradan video filtri ilə mübarizə aparmaq üçün “Dove” ilə əməkdaşlıq edib.

İki agentlik TikTok-un "Bold Glamour" filtrinin yayımlanmasından cəmi 72 saat sonra #TurnYourBack sosial media kampaniyasını hazırlayıb. Bu filtr ağır kosmetika, qüsursuz dəri və dolğun dodaqlar kimi dəyişikliklərlə istifadəçilərin üz xüsusiyyətlərini kəskin şəkildə dəyişir. “Ogilvy” bütün dünya üzrə yaradıcı agentliklərinə "Bold Glamour" filtrinin potensial mənfi təsirlərinə qarşı çıxmaq üçün kampaniya ideyalarını təqdim edib. Agentliyə bu ideya üçün 24 saat ərzində 250-yə yaxın rəy bildirilib.

Nəticədə, qeyri-mümkün gözəllik standartlarını rədd edərək Ogilvy UK və David Madrid tərəfindən təqdim olunan #TurnYourBack kampaniyası irəli sürülüb. Onlar insanlara sözün əsl mənasında kameraya arxalarını çevirmək üçün müraciət ediblər. Komanda üzvləri 70-dən çox TikTok influenseri ilə əməkdaşlıq edərək sosial media filtrlərinin qızların özünə inamına mənfi təsirləri ilə bağlı statistik məlumatları paylaşmağı tapşırıb. #TurnYourBack həştəqi TikTok-da təqribən, 60 milyondan çox baxış toplayıb.

"Entertainment" kateqoriyasında “Grand Prix” mükafatının qalibi: "Clash from the Past”

“Wieden+Kennedy Portland” tərəfindən başladılan kampaniya oyun tarixini izləyicilərə maraqlı bir şəkildə əks etdirib.

2012-ci ildə buraxılan Clash of Clans, gündəlik 300 milyon oyunçu və milyonlarla YouTube abunəçisi ilə dünyanın ən populyar mobil oyunlarından biridir. Lakin bu oyun rəqib oyunlardan hekayəsi olmadığına görə geri qalırdı. Çünki oyunçulara yalnız oyun deyil, onun dünyası, oranın hekayəsi də maraqlıdır.

Keçən il həyata keçirilən kampaniya ilə Clash of Clans pərəstişkarları 1982-də qurulmuş “what if” hekayəsi ilə tanış oldu. Beləcə oyunun saxta hekayəsi yaradıldı və izləyicilərə sənədli film formasında təqdim edildi. Kampaniya üçün hazırlanmış videoda nostalji hissi yaşadan oyun hədiyyələri, məsələn, oyunun “arcade” versiyası və bəzi saxta brend əməkdaşlıqları (səhər yeməkləri, şirniyyatlar) var idi.

"Film Craft" kateqoriyasında “Grand Prix” mükafatının qalibi: Kendrick Lamar "We Cry Together"

"We Cry Together" 2020-ci ildə canlı vokalla çəkilib və ötən ilin payızında nümayiş olunub. Lamar, Jake Schreier və Dave Free tərəfindən idarə olunan filmi Lamarın yaradıcı kollektivi pgLang çəkib. Lamar və aktrisa Taylour Peige arasında 5 dəqiqədən çox davam edən şifahi mübahisə səhnəsi tək səfərdə çəkilib. Filmdə Lamarın "Mr. Morale & the Big Steppers" albomunda yer alan "We Cry Together" mahnısının sözlərindən istifadə edilib.

18 yaşdan böyük izləyicilər üçün nəzərdə tutulduğuna görə, YouTube hesabınız açıq ikən videonu izləyə bilərsiniz.

"Dijital Craft" kateqoriyasında “Grand Prix” mükafatının qalibi: Nike "Never Done Evolving"

Serena Williams keçən il təqaüdə çıxdığını elan etdikdən sonra Nike-ın 50 illik yubileyi üçün kampaniyası yayımlandı.

AKQA-nın Nike üçün "Never Done Evolving" kampaniyası süni intellektdən istifadə edərək Serena Williams-ın tennisçi kimi zamanla inkişafını nümayiş etdirib. Süni intellekt arxiv görüntüləri əsasında hər dövrün oyun tərzini modelləşdirə bilib: Williams-ın qərar verməsi, vuruş anı, çevikliyi…

"Print" kateqoriyası üzrə “Grand Prix” mükafatının qalibi isə "NEWSPAPERS INSIDE THE NEWSPAPER EDITION" kampaniyası olub.

İllərdir Livanda hökuməti və ya siyasi sistemi açıq şəkildə tənqid edən insanlar təqib olunur. Bir gecədə onlarla cəsarətli qəzet bağlanıb və jurnalistlər öldürülüb. Mətbuatın heç vaxt susmayacağına dair açıq bir mesaj vermək üçün AnNahar "Newspapers Inside The Newspaper" nəşrini başladıb. AnNahar olaraq başlayan qəzetin növbəti səhifələrində siyasi sistemi açıq şəkildə tənqid edən “sönmüş" qəzetlərin yenidən həyata qaytadığını görürük.

Posted 
Jun 29, 2023
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All