Apple iPhone 18 Pro modelləri üçün qırmızı rəng çalarlarını nəzərdən keçirir.
Bloomberg-in jurnalisti Mark Gurman-ın məlumatına görə, Apple növbəti iPhone Pro modelləri üçün qırmızı rəngi əsas premium seçim kimi sınaqdan keçirir. iPhone 18-in təqdimatı ilin sonuna gözlənilir.

Bildirilir ki, şirkət Çində satış uğuru qazanan “Cosmic Orange” rənginin momentumunu davam etdirmək istəyir. Qırmızı rəng Çin mədəniyyətində uğur simvolu sayıldığından, bu addımın satışlara müsbət təsir göstərə biləcəyi qeyd olunur.
Apple daha əvvəl də Product Red çərçivəsində qırmızı iPhone modelləri buraxıb. Lakin sızıntılara görə, qatlanan iPhone modelində şirkətin daha klassik rənglərə üstünlük verəcəyi bildirilir.
Daha çox
Texnologiya
kateqoriyasından
View All



