OpenAI CEO-su Sam Altman süni intellektin su istifadəsi ilə bağlı iddiaların yanlış olduğunu bildirib.

Onun sözlərinə görə, bu problem əvvəllər məlumat mərkəzlərində buxarlandırıcı soyutma sistemləri istifadə olunarkən aktual idi, lakin hazırda vəziyyət dəyişib.

Altman AI-nin ümumi enerji istehlakı ilə bağlı narahatlıqları isə haqlı hesab edir. Onun fikrincə, dünya AI artımına paralel olaraq daha sürətli şəkildə nüvə, günəş və külək enerjisinə keçməlidir.

Altman ChatGPT sorğularının enerji sərfiyyatının çox şişirdildiyini deyib və sübi intellektin öyrədilməsi üçün sərf olunan enerji ilə insan əməyinin enerji dəyərinin müqayisəsinin ədalətli olmadığını vurğulayıb.

Posted 
Feb 23, 2026
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All