FCB Artgroup Baku agentliyinin direktoru Ersel Serdarlı Azərbaycanın tarixi, yaradıcılığı və inkişafı mövzusunda öz fikirlərini bölüşüb.

Fcb Artgroup'tan Ersel Serdarlı'ya Uluslararası Görev | Marketing Türkiye
Sizcə Qobustandakı tarixi divar rəsmlərinin orada olması təsadüfdür? Şirvan xalçalarının, Şəki şəbəkə sənətinin naxışları təsadüfən ortaya çıxıb?
X'te Emb of Azerbaijan US: "#Şəbəkə sənəti #Azərbaycan/ın #Şəki rayonunun  qədim və günümüzə qədər qorunub saxlanan incəsənət növüdür." / X
Füzuli, Nizami, Nəsimi, Müşfiq ya da Cavadın qələminin mürəkkəbi niyə tükənməyib? Muğamdan başlayıb Əmirov, Mustafazadə, Qarayevlə göyə ucalan səslər təsadüfən bir araya gəlmişdi?
Файл:Bahram Mansurov and Fikret Amirov.jpg — Википедия
Alim Gasimov: The Way of a Master | Azeriobserver
Sualları bilərəkdən çoxaltdım, amma səbrinizi tükətməmək üçün siyahını uzatmıram. Mənə elə gəlir ki, bütün bunlar təsadüf deyil. Bir işıq, bir miras və gələcək ilə əlaqəli bir kompas olduğu başa düşüləndir. Azərbaycan təkcə enerjisi və ticarəti ilə deyil, həm də bir çox sənət və yaradıcılıq sahələrində tarix boyu sivilizasiyanın şərq işığı olmuşdur.
Azerbaijani dances: Courageous and graceful
İllər ərzində digər ölkələrin mənimsəməyə çalışdığı dəyərlərimizi qorumaqla Azərbaycanı növbəti illərdə yaradıcı sənaye və təsviri sənət sahəsində dünya arenasında ən yüksək pillələrə çıxarmaq bizim məqsədimiz olmalıdır. Bu gün gənc istedadlarınyaradıcı sahədə çalışan şirkətlərin qlobal uğura doğru istiqamətləndirilməsi üçün səbirlə dəstəklənməyə və motivasiyaya ehtiyacları var. Bu məqsədə çatmaq üçün dəyərli Azərbaycan brendlərinin yaradıcı sənayelərə və hər sahədən olan yaradıcı istedadlara lazımi dəstəyi verməsi böyük əhəmiyyət kəsb edir. Beləliklə, Azərbaycanı yaradıcı sahədə də regionun mərkəzi və dünyaya yaydığı yaradıcı enerji ilə o sahədə parlayan ölkələrdən birinə çevirə bilərik.
Premium Photo | Colorful sunset over the baku bay

İşıq şərqdən yüksəlir və o işıq Azərbaycandadır.

Posted 
Oct 6, 2023
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All