P

andemiya səbəbiylə ilin başlanğıcından indiyə kimi qatı tədbirlər alan İngiltərə, yaxın zamanlarda artıq açıq hava tədbirlərinə və mağazaların açılmasına icazə verib. Dünən etibarıyla isə qapalı məkanlar da müəyyən şərtlər daxilində açılmağa başladı.

İngilis mədəniyyətində xüsusi yeri olan "pub"ların açılışı, insanları həyəcanlandırdığı qədər İrlandiya pivə markası olan “Guinness”i də həyəcanlandırdı. Hər kəsin uzun müddətdir gözlədiyi bu anı xüsusi qeyd etmək istəyən marka hər gün qarşılaşdığımız əşyaları, obyektləri ön planda tutaraq bir reklam çarxı hazırladı.

Guinness”in rəngləri olan qara kontrastını xatırladan əşyaları ön planda tutan bu reklam filmində hər bir şey bu markanı anımsadır: sərgiyə asılmış bir cüt çorab, yanından keçib gedilən bir qapı, küçədə yol kənarında olan bir zibil qutusu və ya bacanın üzərinə qonmuş quşlar.

Kampaniyanın yaradıcısı “AMV BBDO” işçiləri Jack Watss və James Cambridge deyir ki,

“Guinness sevənlər olaraq markanın ağ-qara kontrastı üçün o qədər çox darıxdıq ki, onu hər yerdə, hətta ən ağıla gəlməz yerlərdə belə görməyə başladıq. Ağlınızda o varsa, bu əşyalarda onu görməmək qeyri mümkündür.”
Posted 
May 18, 2021
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All