T

əbiətdə parçalanmadan yüz illər boyunca qala bilən plastik tullantılar bütün dünyanın ən vacib problemlərindən biri olmağa davam edir. Bu günə qədər dünyada istehsal edilən plastiklərin 90%-i təkrar emal edilməmişdir. Dənizlərdə toplanan bu plastik tullantılar balinaların, tısbağaların və dəniz quşlarınn boğulmasına səbəb olur. Belə ki, dəniz canlıları bu kiçik plastik hissəciklərini yemək zənn edərək yeyirlər. BMT-nin Ətraf Mühit Proqramı bu səbəblə hər il yüz minlərlə dəniz canlısının öldüyünü qeyd edir. Dəniz canlılarının yediyi bu plastik tullantılar, dəniz məhsulları vasitəsi ilə süfrəmizə qədər gəlib çıxır.

Bir çox varlı ölkələr ölkə daxilindəki zibilliklərin azaldılması və ixracatın daha ucuz olması kimi müxtəlif səbəblərlə yenidən emal edilə bilən tullantıları ixrac edir. İngiltərə ABŞ-dan sonra insan başı plastik tullantı istehsalında dünyada 2-ci yerdədir. 2018-ci ildə təxmini 5.2 milyon ton plastik tullantı istehsal edib. “Greenpeace” tərəfindən yeni açıqlanan bir hesabata görə, keçən il İngiltərədəki plastik tullantıların 40%-i Türkiyəyə ixrac edilib. Bu tullantılar təkrar emal edilmək yerinə qanunsuz yollarla toplanıb yandırılıb. “Greenpeace” ətraf mühitin mühafizəsi təşkilatının İngiltərə əməkdaşı Nina Schrank bu mövzu ilə əlaqədar olarak:

”Problem həddindən artıq plastik istehsal etməkdir. İngiltərə hökümətini plastik tullantı ixracatını qadağan etməyə və tək istifadəlik plastikləri 2025-ci ilə qədər 50% azaltmağa səslədik” açıqlamasını edib.

İngiltərə Ətraf Mühit, Qida və Kənd İşləri Nazirliyi isə İngiltərənin plastik çirklənmə ilə mübarizədə qlobal lider olduğunu irəli sürdü. Plastik paket vergisi və məcburi eletronik tullantı izləmə planlarının təkrar emalı artıracağını, tullantıların sayının və ətraf mühitə verilən zərərləri azaldacağını söylədi.

Bu mövzu ilə əlaqədar “Greenpeace UK” tərəfindən bir animasiya filmi hazırlanıb. Plastik çirklənmə ilə mübarizədə lider olduğunu deyən Britaniyanın baş nazir Boris Johnsonun bu filmdə başına düşməyə başlayan plastiklərlə bağlı əslində ölkədə nə baş verdiyini göstərir.

Posted 
May 23, 2021
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All