Bu gün Azərbaycanın Qarabağ Zəfərinin 5-ci ildönümüdür. Bütün xalqımızı təbrik edir, qazilərimizə uzun ömür, şəhidlərimizə isə rəhmət diləyirik.
Trilogy News olaraq bu il də Qarabağ Zəfərimizi təsvir edən, bizi duyğulandıran, keçmişə aparan, qürurlandıran və bu zəfərin xalqımız üçün nə qədər dəyərli olduğunu göstərən ən təsirli işləri sizin üçün bir araya topladıq.
Bu layihələrin ərsəyə gəlməsində əməyi keçən bütün agentlikləri, yaradıcı şəxsləri və brend nümayəndələrini səmimiyyətlə təbrik edirik — hər kəsin əllərinə sağlıq!
Qeyd: İşlərin sıralanmasında paylaşım tarixləri əsas götürülüb.
Azercell – Zəfər Yolu
Azercell bu il də həm hekayə, həm də prodakşn baxımından keyfiyyətli bir iş təqdim edib.
Filmdə bir baba və nəvənin Qarabağa qayıdış hekayəsi danışılır. Filmin gedişində kiçik bir “twist” də var (izləyərkən bir anda kədərləndim) — əvvəlcə elə təsəvvür yaranır ki, qızın atası şəhid olub, amma məlum olur ki, o, Qarabağın yenidən qurulmasında çalışır. Baba-nəvənin dialoqu — “Baban bu torpaqlar uğruna döyüşüb, gərək bundan sonra qoruyaq buraları.” — ata-oğul və fərqli nəsillərin eyni torpaqlar üçün mübarizəsini simvolizə edir.
Bu, həm nəsillərarası keçidi vurğulayır, həm də gələcək nəsillərə çox mənalı bir mesaj ötürür.
Əlbəttə, Qarabağın inkişafı üçün çoxsaylı işlər sürətlə görülür; filmin sonunda göstərilən tikinti sahələri, yeni yollar, məktəblər və uşaqlarla dolu səhnələr Qarabağın yenidən dirçəlişinin, həyatın oraya qayıtmasının ən gözəl göstəricisidir.
Client: Azercell
Agency: Maverick
CEO: Emin Mahmudov
CCO: Burak Kayzum
Creative Manager: Nicat Əhmədzadə
Head of Strategy: Jamilia Zeynalova
Business Group Head: Ziya Asgarov
Client Services: Validə Qazıbəyova, Aysel Ədilova
Copywriter: Ceyhun Qurbanov
Art Director: Rüstəm Süleymanov
Graphic Designer: Süleyman Boz
Production Company: Baku Media Center
Director: Fuad Quliyev
Second Director: Orxan Hüseynov
Assistant Director: Elşən Budaqov
Editor: Elmar Rəcəbzadə
Music: Azad Vəliyev
PASHA Malls – Ən Böyük Hədiyyə
PASHA Malls, Zəfər Gününə həsr olunmuş ilk viral videosundan sonra bu il də ənənəsini davam etdirərək nostaljik və emosional tonlu bir video ilə Zəfər Gününü qeyd edib.
Video 1994-cü ildə Tərtərdə kiçik bir qızın dükançı Arif əmidən hərbi xidmətdə olan atasına ad günü üçün jaket almaq istəməsi ilə başlayır. Filmdəki keçmişə aparan səhnələr izləyiciləri duyğulandırır və Qarabağ Zəfərinin mənəvi dəyərini bir daha xatırladır. İllər sonra eyni qız və Arif əmi Gəncə Mall-da yerləşən və layihənin davamı olan Zəfər Köşkündə yenidən qarşılaşırlar. Videonun sonunda emosional anlarla yanaşı, “Biz böyüdük” mesajı da çox təsirli bir şəkildə çatdırılır.
Bu il PASHA Malls təkcə video ilə kifayətlənməyib, həm də PASHA Real Estate Group və YAŞAT Fondu ilə birgə “Zəfər Köşkü” adlı layihəni həyata keçirib. Layihənin məqsədi Zəfər Gününün mənəvi dəyərini paylaşmaq, qəhrəmanlarımızın xatirəsini uca tutmaq və cəmiyyətimizdə həmrəylik ruhunu yaşatmaqdır.
Zəfər Köşkü ilə bağlı daha ətraflı məlumatı PASHA Malls-ın rəsmi Instagram səhifəsində izləyə bilərsiniz.
Client: PASHA Malls
Agency: Endorphin
Project: Ən Böyük Hədiyyə
Idea & Executive Creative Director: Fərhad Şabanov
Creative Consultant: Göktuğ Sarı
Art Director: Aysel Nəcəfli
Copywriter: Səbinə Rüstəmli
Production Company: Art Film Baku
Director: Emil Quliyev
Kapital Bank & Birbank – Zəfərlərin daimi olsun, Vətən
Kapital Bank-ın hazırladığı video Zəfərdən bir qədər öncə baş verir və “Tezliklə geri qayıdacağıq” mesajı ilə başlayır. Atası hərbçi olan kiçik bir qızın məktəbdən aldığı ev tapşırığı videonun mərkəzindədir. Qızın film boyunca atasına çata bilməməsi emosional atmosferi daha da gücləndirir.
Videonun sonunda isə anlayırıq ki, qız atasından Xarıbülbül gətirməsini istəyir. Müxtəlif çiçəklərdən yaradılan Azərbaycan xəritəsi isə həm yaradıcı, həm də estetik baxımdan çox təsirli bir final yaradır.
Client: Kapital Bank & Birbank
Production: Merkez Pro
Director: Mehdi Agayev
Idea & script: Eshqin İibrahimov
Creative consultant: Tural Hüseynov
Project manager: @muktharovash
DOP: @deleeoruclu
Producer: Farid İsmayilov
Art Director: Rufat Rajab
Vocal: @nurayhacizadeofficial
Voice over: @elkhan.jfr
Azercell – Zəfərimiz mübarək, əziz Şuşa!
Azercell-in digər işi isə Qarabağın simvolu olan Xarıbülbül haqqındadır. AI ilə hazırlanan videoda, uzun illərin həsrətindən sonra Qarabağa dönən Xarıbülbülün yolçuluğu Azad Vəliyevin musiqisi fonunda təsvir olunur. Son dövrlərdə süni intellektin inkişafı prodakşn və brend kommunikasiya sahələrində böyük rol oynamağa başlayıb. Bu videoda Xarıbülbül və digər detalların işlənməsi həm texniki, həm də emosional baxımdan çox uğurlu alınıb.
Client: Azercell
Agency: Maverick
CCO: Burak Kayzum
Creative Manager: Nicat Əhmədzadə
Copywriter: Eltac Ələkbərli
Art Director: Ləman Baxışova
Graphic Designer: Nazənin Çələbi
Motion Designer: Sadix İsayev
Music: Azad Vəliyev
Sirab ASC – Zəfər Günü
Sirab, Qarabağ Zəfərinə həsr etdiyi videosunda ideyanı bir ailənin 1994-cü ildə Qarabağa qayıtmaq arzusunu bir kağıza yazaraq suya atması üzərində qurub.
Zaman keçir, çay axır və illər sonra həmin ailənin arzusu gerçəkləşir
Video süni intellektlə hazırlanıb — xüsusilə köhnə Sirab şüşəsinin və Xarıbülbül simvolunun detalları çox incəliklə işlənib. Son dövrlərdə Azərbaycanda süni intellektlə hazırlanan videoların keyfiyyəti getdikcə artır və bu iş də həmin tendensiyanın ən uğurlu nümunələrindən biridir.
Client: Sirab ASC
Agency: FCB Artgroup
Creative director: Ulviyya Mutallimova
Kopirayter: Ziya Aliyev
Account manager: Cemile Baghirova
PASHA Life Insurance – Qarabağ: Evə Qayıdış Podkast
Bu siyahıya rəqəmsal bir iş də əlavə etmək istədik. “LifeStream FM” YouTube kanalında yayımlanan “ Qarabağ – Evə Qayıdış | Zəfər Günü” podkastı da Zəfər münasibətilə hazırlanıb.
Podkastda Sevda Haqverdiyeva (Red Hearts Fondunun yaradıcısı) və Heydər Mirzə (hərbi jurnalist) Qarabağın azad edilmiş Qaraxanbəyli kəndində, Zəfər Yolu üzərində söhbət edirlər. Söhbət olduqca səmimi atmosferdə keçir və əsas mövzular 44 günlük Vətən Müharibəsi dövründə Red Hearts fondunun xeyriyyə fəaliyyəti, müharibənin hərbi və qeyri-hərbi aspektləri, eləcə də Şuşa şəhərinin tarixi, memarlığı və döyüşləri barədə qeydlərdir.
Podkast boyunca Şuşanın tarixi abidələri (Gövhərağa məscidi, İsa bulağı) və tanınmış şəxsiyyətləri (Bülbül, Xurşidbanu Natəvan, Molla Pənah Vaqif) haqqında da maraqlı məlumatlar paylaşılır. Tam versiyasını izləməyinizi mütləq tövsiyə edirik — doğrudan da çox dəyərlidir.
Agency: FCB Artgroup
Client: PASHA Life Insurance
Project: Qarabağ – Evə Qayıdış Podkast



