İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi (AKM) Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin SABAH qrupları ilə birgə “Secure Tomorrow” adlı hakaton təşkil edib. Yarış Zəfər Gününə həsr olunub və AKM-in “CyberPark” proqramı çərçivəsində baş tutub.

Bu, tərəfdaş qurumlar arasında keçirilən ikinci hakatondur. Yarışda SABAH qruplarının bakalavr və magistr tələbələrindən ibarət komandalar iştirak edib. Hər komandada minimum 3, maksimum 5 nəfər yer alıb.

Hakatonun məqsədi iştirakçıların təhlükəli faylların analizində açıq mənbəli və özəl texnologiyaları birləşdirərək daha təhlükəsiz və səmərəli həllər hazırlamaq bacarığını qiymətləndirmək olub. Tədbir həmçinin kibertəhlükəsizlik sahəsində innovativ yanaşmaların və süni intellekt texnologiyalarının tətbiqinə diqqət çəkib.

Yarışın nəticəsində təqdim olunan layihələr minimum işlək məhsul (MVP) səviyyəsinə gətiriləcək. Qalib komandalar isə layihələrini startap mərhələsinə daşıyaraq real biznes modellərinə çevirmək imkanı qazanacaqlar.

Posted 
Nov 6, 2025
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All