UN-AUSTRALIA - MLA

Araşdırma nəticəsində yaşayış xərclərinin artdığı üçün Avstraliyalıların yarısından çoxunun (53%) “Avstraliyalı olmayan” ifadəsini tez-tez istifadə etdiyini kəşf edən “Meat & Livestock Australia” (MLA) bu insayt əsasında “Un-Australian” adlı yeni kampaniyasını təqdim edib. Marka bu kampaniyası ilə Avstraliyalılara bütün fərqlərə baxmayaraq ləzzətli quzu ətinin onları birləşdirə biləcəyini xatırladıb.

THE BIG GAY "DONATION" - STONEWALL

“Stonewall” futbol sahəsində çalışan “dürüst” insanları 2030-cu ildə keçiriləcək Dünya Çempionatını “LGBTQ+” dostu ev sahibi ölkədə təşkil etməyə inandırmaq üçün "Big Gay Donation" adlı ianə kampaniyasına start verib. Kampaniyada iştirak edən aktrisa və siyasi fəal Miriam Marqulis futbolsevər “LGBT+” icmasını və icmanı dəstəkləyən futbol azarkeşlərini ianə etməyə çağırıb. Kampaniya çərçivəsində toplanan vəsait rəhbərlərin “qüsursuz əxlaq standartlarına zidd” olduğu üçün “LGBTQ+” xeyriyyə təşkilatı “Stonewall”a çatacaq

THE DREAM FINAL - DE MORGEN

“De Morgen” “The Dream Final” adlı kampaniyasında “LGBTQIP+” icması, ətraf mühit fəalları və miqrant işçilər də daxil olmaqla tribunalarda görülməyinə icazə verilməyən hər kəsi və hər şeyi göstərərək bu turnirin final fitini çaldı. Kampaniya çərçivəsində süni intellektin köməyi ilə yaradılmış görüntülər Lusail stadionunun “Google Maps” səhifəsinə əlavə edilərək əbədi olaraq stadionun virtual hissəsinə çevrilib.

SAMSUNG iTEST - SAMSUNG

“Samsung” fanatik “Apple” istifadəçilərinin “Samsung” interfeysindən istifadə etmələrini təmin etmək üçün “iTest” tətbiqini yaradıb. Tətbiq “iPhone”da “Android” əməliyyat sistemini təqlid etməklə istifadəçilərə naviqasiya, proqramlar ilə qarşılıqlı əlaqə, parametrlər, mesajlaşma, zəng və hətta kamera funksiyalarından istifadə etməyə imkan verir. “Apple” pərəstişkarlarının “Samsung”a keçməsinə mane olan “naməlumdan qorxmaq” amilini aradan qaldırmağı hədəfləyən markanın “iTest” tətbiqini 234 ölkədən 5,5 milyondan çox “Apple” istifadəçisi yükləyib.

Posted 
Jan 12, 2023
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All