Warner Bros, Disney və Sony Ukraynanın işğalından sonra Rusiya kinoteatrlarında filmlərin nümayişini dayandırıb.

Busa o deməkdir ki, “The Batman”, “Turning Red” və “Morbius” kimi filmlərinin nümayişi planlaşdırıldığı kimi davam etməyəcək.

‍
“Warner Bros” blokbasteri “Batman” cümə günü Rusiyada nümayiş etdirilməli idi.

‍

‍Açıqlamada: "Ukraynadakı humanitar böhran fonunda “WarnerMedia” Rusiyada "Batman" filminin nümayişini dayandırır.” - deyilib.


Bu arada “Disney” şirkəti də “Pixar” cizgi filmi “Turning Red”-in Rusiyada nümayişini də təxirə salıb.

‍"Ukraynanın səbəbsiz işğalını və faciəli humanitar böhranı nəzərə alaraq, biz Rusiyada filmlərin teatra buraxılmasını dayandırırıq", - Disneyin bəyanatında deyilir.
‍

“Disney” əlavə edib ki, qaçqınlara təcili yardım və digər humanitar yardımlar göstərmək üçün qeyri-hökumət təşkilatları ilə işləyəcək.

“Sony” həmçinin “Marvel” adaptasiyası “Morbius”un ölkədə təqdimatını dayandırıb.

‍"Ukraynada davam edən hərbi əməliyyatları və nəticədə bu regionda baş verən qeyri-müəyyənliyi və humanitar böhranı nəzərə alaraq, biz Rusiyada planlaşdırdığımız teatr buraxılışlarımızı dayandıracağıq."

Posted 
Mar 1, 2022
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All