G

oogle Türkiyə 2021-ci ilin ilk üç ayında önə çıxan və “Youtube Ads Leaderboard” siyahısına girən reklamların ortaq nöqtələrini, eyni zamanda birbaşa markaların qeyd etdiyi ipuclarını paylaşdı.

“Insight”dan gələn yaradıcılıq

Pandemiya insani hisslərin nə qədər dəyərli olduğunu xatırlatdı. İnsanlar ayaqüstü söhbətin səmimiyyətinə və ya böyük süfrələrdəki ailə yığıncaqları üçün darıxmağa başladı. İstehlakçılar bu həsrəti nümayiş etdirən və insanlarla bağlı qəhrəmanlıq hekayələrindən bəhs edən markalara müsbət reaksiya verirlər. İstehlakçının xüsusi ilə bu günlərdəki ruh halını, gözləntilərini, qorxularını, sevinclərini əks etdirən markaların işləri “Youtube Ads Leaderboard”da gedərək artmağa başladı. Bunun sirri isə verilənləri düzgün araşdırıb, “insight”a çevirə bilməkdir.

Gizli sirri “data”nı doğru anlayıb “insight”a çevirə bilməkdir.

Siyahıda 1-ci yerdə olan “Durex”in yaradıcı fikri də istehlakçı “insight”na bağlıdır. Türkiyədə cinsi həyata yeni addım atmış olan ya da qısa zamanda atacaq gənclərin “+18” filmləri cinsi həyatı öyrənmə vasitəsi olaraq gördüyünü söyləyən “Reckitt Health” Marketinq Direktoru Neslihan Kama deyir ki,

“Bu yaradıcı fikir, belə filmlər ilə mübarizə aparmadan onları olduğu şəkildə tanımağımızı təmin etdi. Qorxulu ya da sıxıcı ola biləcək mövzuları musiqi, qrafik dünya kimi gənclərin sevəcəyi şəkildə işləyərək onların bəyənəcəyi hala saldıq.”

Sosial məsuliyyət həssaslığı

Z nəsli Türkiyə əhalisinin 23%-ni təşkil edən, dünyadakı istehlakçıların 40%-ni təmsil edən və qlobal səviyyədə ildə 143 milyard dollar xərcləyən bir nəsildir. Daha öncəki nəsillərin etdiyi səhvləri görərək gəldiyi üçün daha yaxşı yaşaya biləcəkləri dünya istəyirlər.

Markaların Z nəslinin hörmətini qazana bilməsi üçün daimilik və bərabərlik mövzularında daha çox səy göstərməlidirlər. Dünya, vətən məsələlərinə həssaslıqla yanaşan, daha yaxşı ölkə və gələcək üçün sosial məsuliyyət layihələri həyata keçirən və bu hekayələri marka dəyərləri ilə yaxşı uyğunlaşdıra bilən markalar “YouTube Ads Leaderboard”da daha tez-tez yer tutmağa başlayıb.

Siyahıdakı yerini gənclərə aid bir reklam çarxıyla əldə etmiş Vodafonenun marka rəhbəri Doğu Kır deyir ki,

“Gənclər dəyişikliyi qəbul edən və durmadan özünü yeniləyən, dinamik bir kütlədir. Onların dünyasına uyğun məhsul və xidmət hazırlamaq üçün daim yenilikləri izləmək, trendləri araşdırmaq lazımdır”.

Daha təsirli Youtube işlərinin ABCD-si

Həyatın sürətləndiyi, yeni istehlakçı alışqanlıqlarının yarandığı bu zamanda, idarəetməni ağıllı və özündən əmin olan yeni nəsil əlinə aldı. Markalar üçün ən böyük çətinlik, diqqət dağınıqlığı olan istehlakçı kütləsinə təsir edə biləcək bir iş ərsəyə gətirməkdir. “Youtube”da səmərəli və təsirli reklam etmənin ipuclarını göstərən ABCD reklam qaydalarını tətbiq edən markalar, bu çətinlikləri aşıb “Leaderboard”a girdilər. Bu markalardan biri də “Activia” oldu. Danone Südlü Məhsullar Marketinq Direktoru Didem Küçükemirler Geren deyir ki,

“Təcrübələrimizi müxtəlif araşdırma ölçüləri ilə test etmək işimizin ayrılmaz bir hissəsidir. ABCD reklam qaydaları bizlərə xatırlatmadır. “Creative Audit Tool” isə ərsəyə gələn kampaniyanı test etmə şansı verdi.”

Sonda isə xüsusilə bu rübdə siyahıya düşmüş işlərin bəzi ümumi məqamlarını qeyd edək:

Cəlb edicilik: Markaların Z nəslinin diqqətini çəkə bilməsi üçün cəmi 8 saniyəsu var. Bu səbəblə “reklamı keç” düyməsi aktiv edilmədən markaların hədəf kütləsinə çatdırmaq istədiyi mesajı necə başlaması önəmlidir. Reklam və markaların xatırlanması üçün ilk saniyələrdə markalamanın da vurucu bir şəkildə edilməsi lazımdır.

Səmimiyyət: Reklama doğru bir başlanğıc etdikdən sonra, video çarx boyunca lazımi qədər təkrarlanan amma ən önəmlisi reklam hissi vermədən, təbii şəkildə hekayənin içinə yerləşdirilmiş markalama etmək önəmlidir.

Think With Google

Posted 
Jun 2, 2021
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All