Ölkənin rəqəmsal hökumət platforması olan “mygov”-da qeydiyyatdan keçmiş istifadəçilərin sayı 1.5 milyon nəfəri ötüb. 2025-ci ilin ilk yeddi ayı ərzində platformada həm veb, həm də mobil tətbiq vasitəsilə qeydiyyatdan keçənlərin və rəqəmsal xidmətlər və sənədlərdən istifadə edənlərin sayında dinamik artım müşahidə olunub.
Cari ildə platformada yeni qeydiyyatdan keçənlərin sayı ötən ilin sonu ilə müqayisədə 61%, aktiv istifadəçilərin sayı isə 34% artıb. İlin ilk yarısında ümumilikdə 490 minə yaxın yeni istifadəçi qeydiyyatdan keçib, iyul ayında isə bu rəqəm 107,4 min nəfərə çatıb. “Mygov”-da aktiv istifadəçilərin sayı 554 min nəfərə yüksələrək əvvəlki dövrlərlə müqayisədə rekord göstərici olub.

Posted 
Aug 15, 2025
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All