U

nibank, smartfonla ödəniş funksiyasını, mobil tətbiqetməsi ilə xaricə pul göndərmə və keşbəklə bağlı etdiyi bir çox dəyişiklikləri vurğuladığı yeni reklam filmləri yayımladı.

Son zamanlarda həyata keçirdiyi bankçılıq və ünsiyyət layihələri ilə diqqətləri öz üzərinə çəkən bank, bu istiqamətdə olan yenilikləri davam etdirir.

Bir neçə həftə öncə Unibankın yayımladığı imic reklam çarxında bəhs edilən yeniliklər haqqında olan yazımızı buradan oxuya bilərsiniz. Serial şəklində yayımladığı ilk reklam çarxında bəhs etdiyi yeniliklərdən birisi, Unibankın mastercard kartını bankın tətbiqetməsi olan “Ubank”a daxil etdikdən sonra ödəniş zamanı asanlıqla istifadə edə bilmənizdir. Belə ki, bu funksiya sayəsində ödəniş zamanı heç bir tətbiqetməyə daxil olmadan, sadəcə smartfonunuzun ekranını açaraq ödəmə edə bilərsiniz.

İlk reklam çarxında kiçik bir dost qrupuna fokuslanan reklam filminin ssenarisi Aytac Aydanın mübahisəsi üzərinə yazılıb və bu söhbət yenilənən sloqan “Sənin bankın” ilə tamamlanır. Birinci reklam çarxının süjetindən bu ikilini yenidən bir yerdə görəcəyimizi artıq bilirdik və nəhayət növbəti 2 çarx da yayımlandı.

İkinci reklam çarxında da Aytac Aydan dost qrupu ilə toplaşıb doğum günlərini qeyd edir. Bu filmin mövzusu isə xaricdən göndərilən pulun banka getmədən, Unibankın mobil tətbiqetməsi ilə rahat şəkildə əldə edilə biləcəyimiz haqdadır. Sonda isə vurğulanır ki, “Zolotoya Korona”, “Contact”, “Western Union” kimi sistemlər vasitəsi ilə xaricdən göndərilən pulu “Ubank” tətbiqetməsi ilə qəbul edə və xaricə pul göndərə bilərsiniz. Bu funksiya isə Azərbaycanda ilk dəfə məhz Unibank tərəfindən mobil tətbiqetməyə daxil edilib.

Üçüncü reklam çarxında bu dəfə əkiz bacılar alış-verişdədir. Burada vurğulanan iki nüans var. Birisi debit kartda pul toplayaraq qalığa yüksək faiz əldə etmək. Birisi isə kredit kartı ilə ödəniş edərək yüksək faizli keşbək qazanmaq.

Görünən o ki, bu əkiz bacıları ekranlarda hələ çox görəcəyik.

Posted 
Jun 13, 2021
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All