Gates Ventures 1 milyon dollarlıq mükafatla Alzheimer xəstəliyinə qarşı süni intellekt agentləri hazırlayan komandaları və fərdi iştirakçıları dəvət edir. Müsabiqənin məqsədi onilliklər boyunca toplanmış Alzheimer məlumatlarını istifadə edərək xəstəliyin müalicəsində irəliləyişə nail ola biləcək AI agentlərini inkişaf etdirməkdir.
Müsabiqə həm fərdi süni intellekt mühəndisləri, həm də böyük texnologiya laboratoriyaları üçün açıqdır. Müraciətlər bu həftə başlayır və iştirakçılar innovativ, real təsir göstərən AI həlləri təqdim etməlidirlər. Qalib komandaya və ya fərdi iştirakçıya 1 milyon dollar mükafat veriləcək.
Müsabiqənin məqsədi həm xəstəliyə qarşı yeni texnologiyaların hazırlanmasını təşviq etmək, həm də AI-nin tibb sahəsində potensialını nümayiş etdirməkdir. Gələcəkdə bu təşəbbüs Alzheimer araşdırmalarına və müalicə metodlarının sürətlənməsinə töhfə verə bilər.