G

oogleun son hesabatına görə, onlayn məhsul təqdimatlarının uğurlu olması üçün lazım olan bəzi detallar var. Bu detalların əsas məqamlarını məqalənin davamında oxuya bilərsiniz.

2020, tədbirlərin təxirə salındığı və ləğvedildiyi bir il oldu. Marketinq dünyasında marketoloqların 87% -i planlaşdırdıqları tədbirlərin çoxunu ləğv etdi.

Təqdimatların rəqəmsal mühitə köçürülməsi, daha əvvəl başlayan lakin pandemiyada sürətlənən bir trend oldu və diqqətli bir şəkildə planlanıb həyata keçirilən onlayn tədbirlərin, üz-üzə keçirilən tədbirlərə görəbəzi avantajları olduğu görüldü. Məsələn, çevik bir kütlə hədəfləmə seçimi, daha geniş kütlələrə çatmaq, daha çox qarşılıqlı əlaqə, yaxın zamanda izləmək kimi imkanlar, rəqəmsal təqdimatlar rəqəmsal olmayan təqdimatlardan daha iqtisadi rahat hesablanmışdır. Tamaşaçılara gəldikdə, respondentlərin 56% -i canlı yayım izləmək, tədbirdə şəxsən iştirak etmək qədər yaxşı ola biləcəyini söyləyir.

Uğurlu onlayn məhsul təqdimatı müəyyən addımlardan ibarət olmalıdır: məhsul təqdimatından əvvəl, təqdimattəqdimatdan sonraki işlər.

Ön təqdimat:

Uğurlu bir virtual təqdimatın ilk qaydası işləri erkəndən etməkdir. 2020-ci ilin qeyri-müəyyən mühitində, təqdimattəd birinin təfərrüatları dəqiqləşdirilməsə də, markalar əllərində olanlarla çalışdılar. Məsələn, Galaxy Unpacked 2020 tədbirində Samsung böyük təqdimat üçün həyəcan yaratmaq məqsədiylə marka varlıqlarını istifadə etdi və məhsulu göstərmədən dəsatışların edilə biləcəyini sübut etdi.

Ön təqdimatı,məhsul haqqında çox məlumat vermədən təqdimat tarixini bildirmək üçün istifadə etsəniz, hələ son detalları dəqiqləşdirməmisinizsə də, maraq və həyəcan yaradabilərsiniz.

Təqdimatın başlaması:

Bu nöqtədə marketinq səylərinizin bir məqsədi olmalıdır: tədbirə mümkün qədər çox insanın qatılması.

Diqqətləri üzərinə çəkə bilən markalar, canlı tədbirlərini hədəflədikləri insanlara davamlı olaraq xatırlatdı və onları tədbirə yönləndirdi. Məsələn, “Savage XFenty” moda nümayişi üçün Amazon bunu 15 saniyəlik bir reklamla təmin etdi.

Markalar “təcili” hissi və qaçırmaq qorxusu yaratmaq üçün geri sayımlardan istifadə edərək irəlilədilər. Məsələn, “Ford” bu nümunəni yeni mikro avtobusunun onlayn təqdimatı üçün istifadə etdi. İştirakçıların virtual mühitə girdikdən sonra tədbirdə qalmalarını təmin etmək üçün onlarla əlaqə qurmağa davam etməlisiniz. Söhbəti davam etdirmək və tamaşaçıları cəlb etmək üçün YouTube xüsusiyyətlərindən istifadə etmək (məsələn, canlı söhbət seçimi) kimi.

Təqdimat sonrası işlər:

Bu, təklif olunan məhsul növündən asılı olaraq iki yolla nəticələndi. Texnologiya sənayesində tez-tez göründüyü kimi məhsulun dərhal satışa çıxarıldığı hallarda, markalar məhsulun satışa təqdim edildikdən dərhal sonra haradan və necə alınacağını bildirən bir tanıtım çarxı yayımladılar.

Ümumiyyətlə avtomobil sənayesində göründüyü kimi gözləmə müddəti olan məhsullar üçün ənuğurlu virtual satışlardan sonra məhsul xüsusiyyətlərini vurğulayan və potensial müştərilərə məhsulu praktik olaraq necə sınayacaqlarını göstərən kampaniyalar başladıldı. Beləliklə, məhsul potensial müştərilərin ağlına möhkəm yerləşdi.

Bu il daha çox onlayn tədbirin təşkil ediləcəyi demək olar ki dəqiqdir, bu səbəblə bunu unutmayın: Tədbirlər, təqdimatlar bir anda baş verməyən, birlikdə işləyən və bir-birini dəstəkləyən hadisələrə çevrildi. Bunu bilən marketoloqlar bu maneəni öz xeyirlərinə istifadə edə bilərlər.

Posted 
Jun 27, 2021
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All