Tətbiq hazırlamaq istədi, 7000 tozsoranın məlumatını ələ keçirdi.
Proqram mühəndisi Sammy Azdoufal yeni DJI robot tozsoranını idarə etmək üçün tətbiq hazırlayarkən 24 ölkədə istifadə olunan təxminən 7000 cihazın kamera, mikrofon, xəritə və status məlumatlarına çıxış əldə edib.
O, zəifliyi aşkar etdikdən sonra məlumatları istifadə etməyib və problemi DJI şirkətinə bildirmək üçün The Verge nəşri ilə paylaşaraq kibertəhlükəsizlik risklərini gündəmə gətirib. Ekspertlər internetə qoşulan smart ev cihazlarının və AI əsaslı proqram alətlərinin yayılması ilə oxşar təhlükəsizlik risklərinin artacağını bildirirlər.
Daha çox
Texnologiya
kateqoriyasından
View All



