OpenAI-nin yeni GPT-5 modeli istifadəçilər arasında narazılıq yaradıb.

Sam Altman tərəfindən təqdim olunan GPT-5-in çoxlu yenilikləri olsa da, istifadəçilər bu dəyişiklikləri bəyənməyib. Reddit və sosial şəbəkələrdə minlərlə insan yeni modeldən məmnun olmadığını bildirib.

İstifadəçilərin şikayətinin əsas səbəbi əvvəlki fərqli modellərin ləğv edilməsidir. Onlar bildirir ki, hər bir modelin öz unikallığı vardı və istifadəçilər ehtiyaclarına uyğun modeli seçib daha sürətli nəticə əldə edə bilirdi. İndi isə tək bir model istifadə olunur və bu, istifadəçilərin əlavə zəhmət çəkməsinə səbəb olur.

Bundan başqa, GPT-5-də əvvəlki versiyalarda olan “şəxsiyyət” xüsusiyyəti yoxdur. İstifadəçilər deyirlər ki, model soyuq davranır, emosional zəkası zəifdir.

Plus abunəçiləri isə ödənişli versiyada istifadənin məhdudlaşdırılmasından narazıdır. Altman isə gələcəkdə bu limitlərin iki dəfə artırılacağını və komandaların modeli daha ağıllı etmək üçün çalışdığını bildirib.

OpenAI istifadəçilərin istəyinə cavab olaraq ChatGPT-də GPT-4o modelini yenidən təqdim edir. CEO Sam Altman bildirib ki, ödənişli istifadəçilər GPT-4o modelinə keçid edə biləcəklər. İstifadə səviyyəsinə baxaraq köhnə modellərin nə qədər saxlanacağına qərar veriləcək.

Posted 
Aug 11, 2025
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All