“Ctrl is hers” proqramı qadınların texnologiya sahəsində inkişafını dəstəkləyəcək.
Qafqazın ilk tam inteqrasiyalı rəqəmsal ekosistemlərindən biri olan Bir qadınların texnologiya sahəsində rolunu gücləndirmək məqsədilə yeni təşəbbüsə start verib. “Ctrl is hers” adlı karyera inkişaf proqramı müxtəlif rəqəmsal istiqamətlər üzrə qadınların bilik və bacarıqlarını artırmağa yönəlib.
Proqramın əsas məqsədi data analitikası, kibertəhlükəsizlik, süni intellekt, proqramlaşdırma və bulud texnologiyaları kimi sahələrdə karyera qurmaq istəyən qadınlara dəstək olmaqdır. Təşəbbüs həm bu sahələr üzrə təhsil alan tələbələrə, həm yeni məzunlara, həm də artıq işləyən, lakin karyerasını texnologiya istiqamətinə yönləndirmək istəyən qadınlara açıqdır.
İştirakçılar proqram çərçivəsində həm texniki biliklər, həm də yumşaq bacarıqlar üzrə təlimlər alacaq, eyni zamanda praktik layihələr üzərində işləyərək real iş mühitinə uyğun təcrübə qazanacaqlar. Bu yanaşma iştirakçıların nəzəri biliklərini tətbiq etməsinə və peşəkar mühitə daha sürətli adaptasiya olunmasına imkan yaradacaq.
Proqramın sonunda yüksək nəticə göstərən iştirakçılar üçün Bir ekosistemi daxilində təcrübə proqramları, mentor dəstəyi və potensial iş imkanları nəzərdə tutulur. Bu isə təşəbbüsü yalnız tədris deyil, eyni zamanda karyera quruculuğu baxımından da əhəmiyyətli edir.
Qeydiyyat üçün son tarix 23 may 2026-cı il olaraq müəyyən edilib. Proqram qadınların texnologiya sahəsində iştirakını artırmaq və rəqəmsal əmək bazarında daha aktiv rol almalarını təşviq etmək məqsədi daşıyır.
Ətraflı məlumat üçün link: www.b-b.az/hrcareer



