Meta süni intellekt modellərini təkmilləşdirmək məqsədilə ABŞ-dəki bəzi əməkdaşların kompüterlərində yeni izləmə proqramını test etməyə başlayıb.

Məlumata görə, proqram istifadəçilərin klaviatura və siçan hərəkətlərini, həmçinin gündəlik iş zamanı kompüterdən istifadə davranışını analiz edir.

Layihənin əsas məqsədi süni intellekt sistemlərinə insanların real iş mühitində necə hərəkət etdiyini öyrətməkdir. Toplanan məlumatlar vasitəsilə AI modellərinin istifadəçi interfeysləri ilə daha effektiv işləməsi, qısayolları və menyu seçimlərini daha düzgün anlaması, ümumilikdə isə real istifadə ssenarilərinə uyğunlaşması hədəflənir.

Proqram çərçivəsində klaviatura qısayolları, tətbiqlər arasında keçidlər, menyu seçimləri və digər gündəlik əməliyyatlar analiz olunur. Bu məlumatların AI sistemlərinin performansını artırmaq və istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün istifadə ediləcəyi bildirilir.

Lakin təşəbbüs şirkət daxilində birmənalı qarşılanmayıb. Bəzi əməkdaşlar bu cür monitorinqin məxfilik və şəxsi məlumatların qorunması baxımından risklər yaratdığını qeyd edir və proqramın necə işlədiyi, hansı məlumatları topladığı və ondan imtina imkanlarının olub-olmadığı ilə bağlı suallar qaldırır.

Posted 
Apr 22, 2026
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All